Bia.Az

Rəcəb Tayyib Ərdoğan 28 May Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

Gündəm
 27-05-2024, 18:06     242

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik mesajı göndərib".


Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Administrasiyası sosial media hesabında məlumat verib.

Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasından verilən məlumata görə, Ərdoğan mesajında bunları deyib: “Biz Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi yol ilə fəxr edirik. Türkiyə olaraq 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün uğurla bərpasından sonra ilk Müstəqillik günündə qardaş Azərbaycanın haqlı qürur və sevincini bölüşürük. Biz Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada əldə etdiyi tərəqqi ilə həmişə fəxr edirik və “bir millət, iki dövlət” ruhu ilə yüksək səviyyəli strateji əlaqələrimizi daha da gücləndirmək üçün ümumi iradədən son dərəcə məmnunuq”.



скачать dle 12.1