Bia.Az

Rusiya İrəvandakı səfirini niyə geri çağırdı? - Mixaylov

Gündəm
 24-05-2024, 18:09     420

Moskva bəzi ciddi diplomatik qərarlara hazırdır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini geri çağırmasını şərh edərkən deyib.

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin geri çağırılması ilk növbədə İrəvanda cərəyan edən hadisələrlə, Paşinyanın faktiki olaraq üstüörtülü şəkildə iki KTMT ölkəsini müharibəyə hazırlığında Azərbaycana kömək etməkdə ittiham edən bəyanatları ilə bağlıdır. Təbii ki, burada məsləhətləşmələr üçün məqam var. İstənilən halda belə hərəkətlər erməni tərəfini sevindirməməlidir”, - o bildirib.скачать dle 12.1