Bia.Az

"Seçkinin fərqli keçiriləcəyinə ümidim yoxdur" - Sərdar Cəlaloğlu

Gündəm
 7-05-2024, 15:15     211

"Parlament seçkiləri noyabrda keçirilməli idi. Amma bilirsiniz ki, payızda ölkədə beynəlxalq tədbir - COP29 keçiriləcək, Azərbaycana kifayət qədər qonaqlar gələcək. Dövlətin bütün diqqəti bu tədbirdə olduğuna görə seçkilər keçirmək mümkün olmayacaq. Prezident seçkiləri növbədənkənar keçirildi. Parlament seçkilərinin də növbədənkənar keçiriləcəyi güman olunur. Seçkilərin dəqiq vaxtı ilə bağlı bir söz deyə bilmərəm. Amma böyük ehtimalla vaxtından əvvəl keçiriləcək”.

Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.


O, təmsil etdiyi partiyanın seçkilərə hazırlıq prosesindən də danışıb:


“Əvvəlki seçki təcrübəsinə görə bizim indi seçkilərə hazırlaşmağımızın elə bir əhəmiyyəti yoxdur. Seçkilər əvvəlki qaydada keçiriləcəksə, partiyadan kim iştirak edəcəksə, özü bilər. Şəxsən özüm namizəd kimi iştirak edə bilmirəm. Çünki saxtakarlıq olur, məhkəməyə veririk və uduruq. Əsəb gərginliyi, maliyyə sərfi və sair məsələlər olur. Ona görə də belə qənaətə gəlmişəm ki, hadisələrin gedişatına baxım. Seçkilər əvvəlki qaydada keçiriləcəksə, namizədliyimi verməyəcəm. Amma partiyadan yəqin ki, namizədlər olacaq. Seçkilərin əvvəlki illərdən fərqli keçiriləcəyinə ümidim yoxdur”.
скачать dle 12.1