Bia.Az

“PAŞİNYAN DANIŞIQLAR PROSESİNİ DAĞITDI” – “Rusiya bölgəyə sülhməramlılar göndərmək istəyir...”

Gündəm
 30-09-2020, 01:20     387

Minsk Qrupunun keçmiş amerikalı həmsədri, 2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Atlantika Şurasının baş elmi işçisi Metyu Brayza Azərbaycanla Ermənistan arasında baş verən toqquşmaları şərh edib. O, hərbi əməliyyatlara gətirib çıxaran səbəbləri şərh edərkən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı siyasətinə diqqət çəkib. 

Brayzanın dediyinə görə, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında 2018-ci ilin sonunda baş tutan görüşdən sonra hər iki lider vətəndaşlarını sülhə hazırlamağın vaxtının gəlib çatdığını deyirdi. Hər iki tərəf Madrid Prinsipləri çərçivəsində danışıqlar aparırıdı. Lakin onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən bir il sonra onun düşüncəsi dəyişdi və o, artıq bu prinsiplərə əməl etməyəcəyini dedi və Dağlıq Qarabağın Ermənistana aid olduğunu söylədi.
“O, Qarabağın Ermənistanın bir hissəsi olduğunu deməklə bütün danışıq prosesini dağıtdı. O, növbəti aylarda bir neçə provokativ addımlar atdı. Buna Dağlıq Qarabağ parlamentini Şuşaya köçürmək qərarı daxildir ki, Şuşa bütün şəhərlər içərisində azərbaycanlılar üçün ən həssas şəhərdir. Onlar Şuşanı Azərbaycan mədəniyyətinin beşiyi hesab edirlər. Bu səbəblə də gərginlik artdı. Və biz uyulda bunun şahidi olduq. Azərbaycan-Ermənistan sərhədində toqquşma baş verdi”, - sabiq səfir bildirib.
Onun sözlərinə görə, həmin toqquşmadan sonra həm Azərbaycan, həm Ermənistan təmas xəttinə ağır silahlar göndərməyə başladılar. Brayza ən son toqquşmalara dəqiq nəyin səbəb olduğunu bilmədiyini desə də, əlində olan məlumatların Azərbaycanın hücum əməliyyatlarına başladığına işarə etdiyini bildirib.
“Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərinin bir hissəsini, bir neçə kəndi, habelə Azərbaycanın Ermənistanı Dağlıq Qarabağla birləşdirən yolu kəsməsinə imkan verən yüksəklikləri geri aldığını bildirir. Azərbaycan beynəlxalq qanuna uyğun olaraq irəlilədiyinə inanır,” – keçmiş səfir deyib.
Dağlıq Qarabağ münaqişəsində Rusiyanın roluna da toxunan Brayzanın sözlərinə görə, Rusiya münaqişənin davam etməsini istəsə də, genişmiqyaslı müharibənin baş verməsində maraqlı deyil: “Rusiya çox ehtiyatlı bəyanatlarla çıxış edib. Onlar hər iki tərəfi döyüşləri dayandırmağa və təmkinli olmağa çağırıb. Bu isə qeyri-adidir, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir”.
Brayza deyib ki, o, ABŞ-ın bu münaqişədəki vasitəçisi olaraq bir neçə dəfə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb və onda belə bir düşüncə yaranıb ki, Rusiya Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin olmasını istəmir: “Rusiya Abxaziya, Osetiya və Moldovada olduğu kimi Dağlıq Qarabağa və ətraf yeddi rayona sülhməramlılarını yerləşdirmək haqqını əldə etmək istəyir. Və Rusiya oraya sülhməramlılarını yerləşdirdiyi an hadisələri idarə edə biləcək".скачать dle 12.1