Bia.Az

“Erməniləri alimləri bədbəxt etdi” - Rasim Balayev

Gündəm / Cəmiyyət
 29-09-2020, 20:49     615

“Bizim istədiyimiz gün gəldi. 30 ildir davam edən başıaşağılığa son qoyulur”.

BİA.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev deyib.

O, Azərbaycan Ordusunun cəbhə bölgəsində apardığı hərbi əməliyyatlara münasibət bildirib: “Neçə illərdir ermənilərə torpaqlarımızı sülh yolu ilə geri qaytarmağı təklif edirdik, danışıqlardan qaçırdılar. Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Dağlıq Qarabağ hərbi hissələrinə gəldi, orada hərbi təlimlər keçirildiyini açıqladı. Çox qudurdular. Bu haqda prezidentimiz dünyaya car çəkdi, ATƏT-ə müraciət etdi. Amma dünya haqq səsimizi eşitmədi. Dövlət başçımız İlham Əliyev səbrli, uzaqgörən, təmkinli insandır. Bütün dünyanı tam məlumatlandırdıqdan sonra işə başladı. Ermənilər nə qədər kəndlərə, mülki əhaliyə atəş açırdılar. Mən bir adama, millətə qarğış etmək istəsəm deyirdim ki, “sənin erməni kimi qonşun olsun”. İlin-günün bu vaxtı böyük Ermənistan xülyası ilə yaşayırlar. Alimləri onları bədbəxt etdi”.

Xalq artisti yeddi kəndimizin erməni işağlından azad olunduğu üçün sevinc göz yaşları axıtdığını deyib: “Dünən sevincimdən iki-üç dəfə gözlərim doldu. Allaha dua edirdim ki, ölüm haqdı, amma Qarabağın azad olmasını görüb ölmək istəyirəm. Çox şükürlər olsun ki, arzum yerinə yetmək üzrədir. Biz öz torpaqlarımızı xilas edirik”.

Rasim Balayev Azərbaycana dəstəyi üçün qardaş Türkiyəyə təşəkkür edib: “Mən Rəcəb Tayyib Ərdoğanla qürur duyuram. Sağ olsun Türkiyə dövləti, həmişə bizi dəstəkləyib və dəstəkləyir. Biz öz torpaqlarmızı almalıyıq. Mənim iki oğlum var, birinin 48, o birinin isə 49 yaşı var. Dünən mənim yanıma gəldilər və dedilər ki, lazım gəlsə biz də müharibəyə gedəcəyik. Bunu şüar naminə deyil, ürəkdən deyirəm. Vətəndaş kimi hazırda kim nə bacarırsa, onu etməlidir”.  /Teleqraf

BİA.az
скачать dle 12.1