Bia.Az

Türk səfir Qarabağa görə meydan oxudu, ABŞ konqresmeni şok yaşadı

Gündəm
 23-04-2024, 01:32     266

Bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağ və qondarma “erməni soyqırımı” ilə bağlı dinləmələr keçirilib.

Yenipress.az Globalinfo.az-a istinadla xəbər verir ki, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamların səsləndirildiyi dinləmələr zamanı Nyu Cersidən olan konqresmen Kris Smitin Türkiyənin ABŞ-dakı səfiri ilə arasında keçən dialoqu xatırlatması diqqət çəkib.

Konqresmen Türkiyə səfiri ilə Qarabağ haqqında müzakirə apardığını deyib:

“Mən onunla Qarabağda baş verənlər haqda danışırdım. Mənə alçaldıcı, təkəbbürlü bir tonda cavab verirdi. O dedi ki, belə davam etsəniz, NATO-nun Türkiyədə – İncirlikdə yerləşən bazasını çıxaracağıq. Mən də dedim ki, elə olacağı təqdirdə baza Yunanıstana köçürüləcək”.скачать dle 12.1