Bia.Az

Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...

Gündəm
 27-09-2020, 00:09     107

Ağcabədi Regional Mədəniyyət İdarəsi tez-tez  musiqi  yarışları təşkil edir.

Həmin yarışlarda  Ağdam rayon Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbi də yaxından iştirak edir.

Əlbəttə, qaçqın rayonlarımızdan  olan uşaqların müsiqi  festivallarında iştirakı  təqdirəlayiqdir. Amma…

Amması odur ki, məktəbdə qanunsuzluq, özbaşınalıq  baş alıb gedir. 

Dərs bölgüsü,  saathesabı  dərslər və s görə,  musiqi məktəbində az qala  direktorla  müəllimlər arasında saçyoldusu gedir. 
Məlumat üçün qeyd edək ki, hazırda məktəb Biləcəridə  284 saylı məktəbin binasında yeləşir. 

Və  Ağdam Xan Şuşinski adına uşaq muğam musiqi məktəbi 1985-ci ildə fəaliyyətə başlamışdır.

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəri qəsəbəsində yerləşən Q.Abbasov adına 284 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir.

Xətayə Zülfüqar qızı Cəfərova  məktəbin  direktorudur. 

Xətayə xanım  02.04.1984-cü il tarixində Ağdam şəhərinin Bağbanlar kəndində anadan olmuşdur. 2002-ci ildə A.Zeynallı adına musiqi texnikumunu, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1999/2006-c illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsertmeyster və II dərəcəli dirijor vəzifəsində çalışmış, 2006-cı ildən Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbində, 2010-cu ildən 2015-ci ilə qədər Ağdam rayon Cabbar Qaryağdı oğlu adına uşaq musiqi məktəbində kamança müəllimi işləmişdir. 13.11.2015-ci ildən Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbində direktor vəzifəsində çalışır.

Bəs görəsən  Ağcabədi Regional Mədəniyyət İdarəsi bu biabırçılıqları görmür ?  

Bəs  təzə mədəniyyət nazirimiz  necə ? 

O da görmür ?/gundelik-baku.com

BİA.az
скачать dle 12.1