Bia.Az

Qərb Paşinyana 350 milyon dolları buna görə verir – Surenyants

Gündəm
 6-04-2024, 01:06     345

“Qərb Moskva və Bakı ilə bağlı qeyri-adekvat qərarlar qəbul etdiyinə görə Paşinyana cəmi 350 milyon dollar verir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O bildirib ki, Brüsseldə keçirilən üçtərəfli görüş Rusiya-Qərb münasibətlərində heç bir gərginliyin yaşanmadığı, eləcə də Ermənistan-Rusiya əlaqələrinin hələ pisləşmədiyi bir vaxtda baş tutsaydı, bunu müsbət hadisə saymaq olardı.

“ABŞ və Aİ Ermənistana 350 milyon dollar verəcəyini vəd edərək Nikol Paşinyanın səlahiyyətlərini gücləndirməyə, onun Rusiya və Azərbaycanla münasibətlərində qeyri-adekvat qərarlar qəbul etməsinə şərait yaratmağa çalışır. Qərb Ermənistan hakimiyyətinin anti-Rusiya potensialını hesablayıb və bunun qiymətini ödəyib. Bu, indiki hakimiyyətin idarə etdiyi ölkənin qiymətidir”, – deyə ekspert bildirib.

“Bu görüşün keçirilməsinin qiyməti Ermənistan hakimiyyətinin anti-Rusiya ritorikasıdır. Yəni hakim qüvvə Ermənistan-Rusiya münasibətlərini geri dönüşü olmayan həddə çatdırmalı olacaq. Amma 350 milyon dollar Ermənistanın strateji oriyentasiyasının dəyişməsini təmin edə biləcək məbləğ deyil. Bir neçə il əvvəl Avropa İttifaqının Ermənistana vəd etdiyi 2,5 milyard dollardan 500 milyon dollara yaxını artıq paylanıb. Lakin bu, diversifikasiya üçün kifayət etməyib. Biz hələ də Rusiyadan asılıyıq. Üstəlik, böyük geosiyasi oyunçulara Cənubi Qafqaz  vahid region kimi lazımdır”, – deyə Surenyants vurğulayıbскачать dle 12.1