Bia.Az

İran və Fransa dəhlizə qarşı: Zəngilandan Daşkəsənə qədər...

Gündəm
 3-04-2024, 11:30     209

Regionda baş verən son proseslər onu göstərir ki, bəzi Qərb dövlətləri, eləcə də Fransa və İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldurlar.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözlər "TRT Haber"in yayımladığı məqalədə öz əksini tapıb.

Müəllif Sərtaç Aksan bölgə ilə bağlı araşdırma ortaya qoyub. Həmin araşdırmada xeyli önəmli məqamlar yer alıb.

Müəllif bildirir ki, xüsusən də Paris və Tehran terror qruplaşmalarını dəhlizə yerləşdirir, onları silah və pulla təmin edir:

“Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla, 10 min silahlı yerləşdirilib. PKK/YPG terror təşkilatından başqa "Sasna Tsrer", "Voma", "Poqa", "Nor Asala", "Bever", "Yerkrapa" kimi erməni terror qrupları da var.

Açıq mənbələrdə əksini tapan bəzi məlumatlarda Zəngəzur dəhlizinə yerləşdirilən bu terrorçulara gündə 12 dollar maaş verildiyi və bunun Fransa, o cümlədən erməni diasporu tərəfindən ödənildiyi iddia edilir. Bundan başqa, təhlükəsizlik mənbələri Ermənistan - Azərbaycan sərhəd xəttində və Zəngəzur bölgəsində yerləşdirilən terrorçu qrupların PKK terror təşkilatı tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirir"скачать dle 12.1