Bia.Az

"GÜLƏNLƏ İKİ DƏFƏ GÖRÜŞMÜŞƏM" - Mübariz Mənsimov məhkəmədə ifadə verib

Gündəm
 16-09-2020, 14:14     44

Sentyabrın 15-də İstanbul Ağır Cəza Məhkəməsində FETÖ terror təşkilatı ilə əlaqədə ittiham olunan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, M. Mənsimov məhkəmədə ifadə verib.
O, ifadəsində Fəthullah Gülənlə iki dəfə görüşdüyünü də bildirib: "İlk görüş məni iftar üçün Amerikaya çağıranda olub. Mən də o gün içki içmişdim. Bu səbəbdən getmək istəməsəm də, israr etdilər. "Hoca" deyilən adam yanında oturmağımı istədi. 
Mən də "içkiliyəm, qalxa bilərəm?" dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir" dedi. 
Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi.
Sonra o bizə öz evini göstərdi. Gəzərkən evdə üzərində “Azərbaycan” yazılan bir şüşə gördüm.
Fəthullah Güləndən "bu nədir?" deyə soruşdum. Cavabında bildirdi ki, bunu iyləyib sakitləşir. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?" dedim. 
Bu məqamda biri qolumdan çəkib dedi ki, “danışıqlarına fikir ver”. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım”.
Mübariz Mənsimov bildirib ki, həmin görüşdən sonra Gülən tərəfdarları onu, sözün həqiqi mənasında, təqib etməyə başlayıblar.
Məhkəmə sədri Gülənin ona bağışladığı təsbehlə maraqlanıb.
M.Mənsimovun cavabı belə olub: "O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm...”.
Proses zamanı hakim Mübariz Mənsimovun həbsdə qalması barədə qərar qəbul edib. Məhkəmənin növbəti iclası dekabrın 9-da keçiriləcək.

BİA.az
скачать dle 12.1