Bia.Az

TÜRKİYƏNİN YENİ QAZ YATAĞI... - Ankara Moskvanın rəqibi olacaqmı?

Gündəm / Siyasət
 31-08-2020, 13:14     610

“Qara dənizdə tapılan qaz yatağı sayəsində Türkiyə həm də geosiyasi üstünlük qazanacaq”

Məlum olduğu kimi, Türkiyə enerji resursları baxımından zəngin ölkə sayılmır. Düzdür, Türkiyədə daş kömür mədənləri var və bu, ölkənin enerji tələbatının yalnız müəyyən qədərini ödəyə bilir. Lakin bu, sözsüz ki, enerji asılılığından qurtulmaq üçün qətiyyən yetərli deyil. Ona görə də, daş kömürdən əlavə Türkiyə öz yanacaq-enerji ehtiyaclarını ödəmək məqsədilə digər daxili resurslarını da səfərbər edir. Belə ki, son 30 ildə çoxlu sayda Su Elektrik Stansiyaları tikilib istifadəyə verilib. Ölkədə hasil edilən qazın həcmi isə ümumi enerji ehtiyacının yalnız 1 faizini ödəyir.
Hazırda Türkiyə 40 milyon ton neft və 40 milyard kub metr təbii qaz idxal edir. Əsas ixracatçı ölkə Rusiyadır, sonrakı yerləri İran və Azərbaycan tutur. Bundan başqa, türklər Əlcəzair, Nigeriya və Qətərdən toplam olaraq 14 milyard kub metr həcmində sıxılmış təbii qaz alırlar. Hazırda Türkiyənin Qara dənizdə təbii qaz aşkar etməsi xəbəri maraqla qarşılanır.
Çünki tarix böyu Türkiyə öz enerji tələbatını ödəmək üçün böyük pullar xərcləmək məcburiyyətində qalıb. İqtisadiyyat inkişaf etdikcə, yanacağa və enerjiyə olan tələbat da müvafiq surətdə artıb və elə bu səbəbdən də türkiyəli mütəxəssislər Qara dəniz və Aralıq dənizində enerji axtarışına çıxblar. Nəticədə görülən tədbirlər öz bəhrəsini verib. Qara dənizdə qaz yatağının kəşf edilməsi bu sarıdan önəmli hadisə sayıla bilər. Bu hadisənin təkcə iqtisadi deyil, siyasi tərəfi də var. Türkiyənin özünü təbii qazla təmin etməsindən sonra geostrateji vəziyyət köklü surətdə dəyişə bilər.
Türkiyənin qaz yatağı kəşfi dünya mətbuatının da gündəmidədr. “AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı Qətərin məşhur” Al Jazerra” media quruluşunun internet portalında “Türkiyənin yeni qaz yatağı - Ankara Moskvanın rəqibi olacaqmı?” başlıqlı məqalə dərc edilib. Həmin məqaləni təqdim edirik:
”Qərb ekspertlərinin fikrinə görə, Qara dənizdə böyük qaz yataqları kəşf olunduqdan sonra Türkiyə Rusiyadan qaz alınması məsələsində tərəddüd edir. Bu isə “Türk axını” layihəsini təhlükə altına salır. Rusiyanın “News.Ru” xəbər saytında dərc olunan məlumatda müxbir Lyubov Qlazunova yazır ki, ”Fatih” qazma gəmisinin aşkarladığı qaz yatağı Rumıniya və Bolqarıstan sərhədlərinə yaxın yerdə yerləşir.



Hesablamalara görə, burada 320 milyard kub metr qaz var. Ankara bu rayonda kəşfiyyat işlərini davam etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, aşkarlanmış təbii qaz ehtiyatı ümumi yatağın yalnız bir qismini əhatə edir. İndiyədək Türkiyə dövləti Rusiya daxil olmaqla xarici ölkələrdən qaz tədarük edib.
Qaz yatağının kəşf edilməsindən bir qədər əvvəl məlumatlı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Türkiyənin ərazi sularında 800 milyarddan 26 trilyon kub metrədək təbii qaz aşakrlanıb. Bu da Türkiyənin qaza olan 20 illik tələbatını tam ödəyir.
Elə bu səbəbdən də bəzi ekspertlər Rusiya qazının Türkiyəyə gələcək nəqlinə şübhəylə yanşırlar. ”Merkel Energy” konsaltinq şirkətinin direktoru Kristofer Merkel bildirib ki, əgər Türkiyə çıxarcağı qazı ixrac etmək niyyətində olsa, onda Bolqarıstan, Ukrayna və Yunanıstanın buna maraq göstərəcəyi heç də təəccüblü görünməz. 
Ona görə də “Türk axını” qaz kəmərindən idxal edilən qazın həcminin azalması gözlənilir. Lakin digər ekspertlərin fikrinə görə, qazın qiyməti və ona olan təlabat pandemiya üzündən tarixi minimuma düşüb və bu səbəbdən də Türkiyədə hasil edilən qazın nə dərəcədə rentabelli olacağı və Ankaranın onu ixrac edib-etməyəcəyi hələlik bəlli deyil.



Rusiya “Milli Energetika Təhlükəsizliyi Fondu”nun analitiki İqor Yuşkov isə qeyd edir ki, kəşf olunmuş yatağın rentabelliyi haqqında danışmamışdan öncə Türkiyənin qaz yatağının rəsmi auditini gözləmək lazımdır. Onun fikrincə, aşkarlanan yataq elə də böyük həcmli deyil, ancaq oradan uzun müddət ərzində qaz çıxarmaq mümkündür. Ümumilikdə isə illik hasilat həcmi az olacaq.
Qara dənizin dərinliyini və hasilatın yüksək maya dəyərini nəzərə alaraq çoxları sual verir ki, indiki şəraitdə Türkiyə üçün hansı variant daha əlverişlidir: qazı almaq, yoxsa onu hasil etmək.
İqor Yuşkov deyir ki, qısa müddətli perspektivdə Rusiya qazını heç bir təhlükə gözləmir. Bu gün Rusiya digər problemlərlə qarşılaşır. Belə ki, Ankara alternativ təbii qaz idxalı ilə yanaşı, bazardakı ucuz qiymətlər hesabına məqbul qiymətlərlə sıxılmış təbii qaz almaq imkanına malikdir.
Ekspert İqor Yuşkov “Türk axını” və “Mavi axın” layihələrinə olan tələbatın əvvəlkitək öz yerində qaldığına əminliyini ifadə edib. Onun sözlərinə görə, iri qaz ehtiyatının tapılması hələ onun dərhal çıxarılması anlamına gəlmir. Məsələn, bir neçə il bundan öncəən böyük şist qaz yataqlarından biri Polşada tapılmışdı. Ancaq indiyədək oradan bir kub metr də qaz çıxarılmayıb. Türkiyə qazının hasilatına 5-7 ildən sonra başlamaq mümkündür, bu isə Moskvanın maraqlarına təhlükə törədəcək.



Qara dənizdə tapılan qaz yatağı sayəsində Türkiyə nəinki iqtisadi, həm də geosiyasi üstünlük qazanacaq və bu, ona Rusiya və ya hər hansı bir digər ölkə ilə qaz sazişindən imtina etməyə və enerji asılılığından yaxa qurtarmağa imkanı verəcək.”

BIA.az
скачать dle 12.1