Bia.Az

Hər şey 44 günlük müharibə öncəsi vəziyyəti xatırladır – Yeni dəhşətli savaş…

Gündəm
 9-03-2024, 00:18     351

“Ermənistanın müdafiə naziri Suren Papikyan İrana rəsmi səfər etdi. Bundan öncə isə Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfər edib. Bütün bu səfərlər Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri fonunda baş verir”.

Bu sözləriGlobalinfo.az-a politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, son dövrlər regional siyasətdə eyni zamanda hərbi müstəvidə hərəkətlilik müşahidə olunur:

“Bu, narahatedici məqamdır. Biz regional sülhün, təhlükəsizliyin tərəfdarıyıq. Sülh müqaviləsinin imzalanmasını istəyirik. Təəssüf ki, Ermənistan silahlanır. Özü də bu, xarici qüvvələr tərəfindən edilir. Suren Papikyanın İrana səfəri xüsusilə bu baxımdan diqqət çəkir.

Hazırda regionda baş verən aktivlik 44 günlük İkinci Qarabağ müharibəsi öncəsi vəziyyəti xatırladır. Geopolitik koalisiyalar qurulur, müttəfiqliklər, əməkdaşlıqlar yenilənir. Hər kəs öz blokunu gücləndirir. Suren Papikyanın İrana, Zakir Həsənovun Türkiyəyə səfəri bu baxımdan vacibdir.

Biz regionda yeni dəhşətli müharibə istəmirik, lakin bununla belə məcbur qalacağımız təqdirdə özümüzü müdafiə etməli olacağıq”.скачать dle 12.1