Bia.Az

BAKI, SUMQAYIT VƏ ABŞERONDA XÜSUSİ KARANTİN REJİMİ UZADILDI – Brifinq

Gündəm
 29-08-2020, 12:43     770

Bu gün Nazirlər Kabineti yanında Opretativ Qərargahın növbəti brifinqi keçirilib. Brifinqdə OQ üzvü olan məsul şəxslər koronavirus pandemiyasi ilə bağlı ölkədə yaranmış son duruma dair danışır, yeniliklər barədə xəbər verir, görülən tədbirlərdən bəhs ediblər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştrirak edirbər. 
Hikmət Hacıyev məlumat verib ki, yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək: “Koronavirus infeksiyasının qarşısının alınması sahəsində atılan addımlar və vətəndaşların qaydalara əməl etməsi nəticəsində virusa yoluxmada kəskin azalma müşahidə olunur. Əldə edilmiş nəticənin saxlanması, vətəndaşların sağlamlığının qorunması və dünyada koronavirusla bağlı vəziyyəti nəzərə alaraq Azərbaycan ərazisində karantin rejimi 30 sentyabradək uzadılıb”.
Fərdi tədris və repetitor xidmətlərinə icazə verilir
Avqustun 31-dən etibarən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə veriləcək.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.
Metro açılacaqmı?
H.Hacıyev bildirib ki, metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr davam etdirilir: “Tədris müəssisələri açılır, buna görə də metronun fəaliyyətə başlayıb-başlamayacağı ilə bağlı sual verə bilərsiz. Metro ilə bağlı qərar olanda ölkə ictimaiyyətinə məlumat veriləcək".
Prezidentin köməkçisi bildirib ki, Rusiyanın quru sərhədindən vətəndaşların gətirilməsi davam edir. Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir. İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. “Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavrusla bağlı risklər göz önündədir”,-H.Hacıyev deyib.
Qrip əleyhinə vaksin gətiriləcək
Akif Qurbanov isə məlumat verib ki, ilin sonunadək ölkəmizə qrip əleyhinə vaksin gətiriləcək. “Bu vaksin koronavirusa görə deyil. Payız-qış mövsümü bütün respirator infeksiyalar aktivləşmiş olur. Hazırda dövlət səviyyəsində qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 2-3 ay ərzində vaksinlərin ölkəyə gətirilməsi təmin ediləcək”,- o bildirib.
A.Qurbanov əlavə edib ki, əvvəlki vaxtlara nisbətən ölkədə yoluxma sayı kifayət qədər azalıb. Ancaq bu heç kimi arxayın salmamalıdır.
Ölkədə sereloji testlər keçirilir. H.Hacıyev bildirib ki, sereloji testlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların sayı artmaqdadır: “Bu prosesdə hər hansı bir risk yoxdur. Vətəndaşlar bu prosesdə iştirak etməklə ölkəmizin koronavirusla mübarizədə apardığı işə öz töhfələrini verə bilərlər”.
A.Qurbanov isə əlavə edib ki, testlərdən 15-20 faiz nəticə alınsa, qorunma tədbirlərinə ciddi əməl edilməlidir: “Bakı şəhərində 300 adamın qan zərdabında bu virusa qarşı anticismlərin axtarışına başlanılıb. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Hikmət Hacıyev: Karantinə görə atamı axırıncı dəfə mart ayında görmüşəm
Prezidentin köməkçisi deyib ki, karantin səbəbindən atasını axırıncı dəfə martın 13-də görüb. “Atam Gəncədə yaşayır. Mən də çox istərdim ki, rayonlara gediş-gəliş olsun və valideynlərimizi görə bilək. Ümid edirəm ki, yaxın zamanlarda bununla bağlı xəbər verəcəyik”,-H.Hacıyev bildirib.
Tələbələrin Bakıya gəlmək problemi...
Hikmət Hacıyev bildirib ki, rayonlarda olan tələbələrin paytaxta gəlişi məsələsi ilə bağlı müzakirələr aparılır. Nazirlər Kabinetində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə təkliflər müzakirə edilir: “Tələbələrin tələbə kartından istifadə etməklə rahatlıqla paytaxta gələ bilməsi istiqamətində çox suallar olub. Bu suallar ətrafında fikirlər müzakirə edilir. Digər tərəfdən, birinci kursa qəbul olan və tələbə bileti olmayan tələbələrin gəlməsi məsələsi də var. Bütün bunlarla bağlı Təhsil Nazirliyi ilə birgə aparılan müzakirələrdən sonra qəbul ediləcək yekun qərarlar barədə ictimaiyyətə məlumat veriləcək”.
Akif Qurbanov deyib ki, dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə olunur: “Məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır. Universitetlərdə mühazirələr onlayn olacaq. Adi praktik məşğələlər də onlayn keçiriləcək. Sentyabrın 15-də dərslər ənənəvi formada həyata keçiriləcək. Yekun qərarı gözləmək lazımdır”.
Toy və yaslara qoyulan qadağalar qüvvədədir
Hikmət Hacıyev bildirib ki, toy və yaslara qoyulan qadağalar qüvvədədir. Onun sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyəti zamanı, həmçinin mağazaların əksəriyyəti tələblərə riayət edirlər. Lakin hələlik restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı qərar qəbul edilməyib.
Ticarət mərkəzlərinin açılması müzakirə olunur
Hikmət Hacıyev bildirib ki, məktəblərin açılması ilə əlaqədar valideynlərin alış-verişinin təşkil edilməsi üçün müəyyən yarmarkalar təşkil edilə bilər.
Onun sözlərinə görə, ticarət mərkəzlərinin açılması müzakirə mövzusudur: “Bu məsələ müzakirə edildikdən sonra əlavə məlumat veriləcək”.
Universitetlərdə mühazirələr onlayn olacaq
Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə edilir. 
Onun sözlərinə görə, məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır:“Aşağı siniflərdə dərslərə başlanılsa da, onlayn tədrisdən istifadə etmək lazım olacaq. Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Adi praktik məşğələlər də onlayn formada olacaq. Hesab etməyək ki, sentyabrın 15-də dərslər ənənəvi formada həyata keçiriləcək. Yekun qərarı gözləmək məsləhətdir”.
"Yoluxma rəqəmləri təzədən arta bilər"
Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var. Bunu Akif Qurbanov tibbi maskalarla bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, koronavirusla bağlı araşdırma illərlə davam edə bilər. “Koronavirusa təkrar yoluxma ilə bağlıməlumatlar var. Birinci mərhələdə yüngül keçirənlərin ikinci mərhələdə daha ağır, ağır keçirənlərin daha yüngül keçirməsi barədə məlumatlar daxil olur. Ona görə də xəstəliyi necə keçirməsindən asılı olmayaraq, insanlar maska, sosial məsafə və gigiyenik təmizliyə diqqət yetirməlidir. Qorunma tədbiri həm xəsəliyi keçirənlərə, həm də keçirməyənlərə aiddir”.
“Bugünkü rəqəmlər bizi sevindirir. Bir daha vətəndaşları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırırıq”. Bunu isə Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, açılmalarla bağlı olaraq rəqəmlərin də artması özünü büruzə verə bilər: “Bu kimi hallar bizə ehtiyatımızı əldən verməməyə vadar edir”.

BİA.az
скачать dle 12.1