Sərhədyanı ərazilər boşaldılır: nə baş verir? – Tovmasyan təşvişdə
“Ermənistanın Azərbaycanla sərhədyanı əraziləri, demək olar ki, boşaldılır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.
Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib:
“Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər – red.) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”.
Tovmasyan məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır.