Bia.Az

ABŞ-dan həyəcanlı savaş xəbərdarlığı – Ermənistan hücuma hazırlaşır

Gündəm
 15-02-2024, 20:10     438

ABŞ-da fəaliyyət göstərən Karnegi Fondunun analitiki Tomas de Vall 2024-cü ildə Ermənistan və Azərbaycan arasında eskalasiyanın baş verməsinin gözlənilən olduğunu deyib. O, kiçik toqquşmaların yeni münaqişəyə gətirib çıxaracağını iddia edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Qərb Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olur:

“Bu məsələdə xüsusilə Fransa hegemonluq edir. Ermənistanın “böyük bacısı” onu silahlandırmaqla məşğuldur. Rəsmi İrəvana Hindistan və ABŞ da silah-sursat, hərbi texnika verir. Eyni zamanda erməni hərbçilərinə həmin texnikaların istifadəsi ilə bağlı təlimlər keçirilir. Bir sözlə, onlar Ermənistanı müharibəyə hazırlayırlar. Azərbaycan isə ərazi bütövlüyünü bərpa edib və dəfələrlə bildirib ki, heç bir ölkəyə ərazi iddiası yoxdur.
Prezident İlham Əliyev dünən andiçmə mərasimində də bu fikirləri qeyd etdi və yenə də hər bir addıma hazır olduğumuzu diqqətə çatdırdı. Böyük ordu quruculuğu gedir, xüsusi təyinatlıların sayı artırılır və ordu müasir texnoloji silahlarla təmin olunur”.


Politoloq vurğulayıb ki, 10 noyabr 2020-ci il birgə bəyanatının 9-cu bəndi hələ icra olunmayıb:
“Zəngəzur dəhlizi açılmasa da, Azərbaycan alternativ yolun İran üzərindən reallaşması istiqamətində qərar verdi. Bu sahədə fəaliyyətə də başlanılıb. Rəsmi Bakı Zəngəzur dəhlizi məsələsi ilə əlaqədar İrəvanla müharibə aparmaq istəmir, lakin hər an hər şeyə hazırıq. Son erməni təxribatı da buna misal ola bilər. Ermənistan və havadarları ölkəmizə qarşı təxribatçı addım atarsa, adekvat tədbirlər görüləcək”.скачать dle 12.1