Bia.Az

Penitensiar Xidmət Ədliyyə Nazirliyindən alınacaq: müstəqil xidmət olacaq – İDDİA

Gündəm
 8-02-2024, 11:07     200

Prezident seçkilərindən sonra yeni formalaşdırlacaq hökumətin tərkibində dəyişiklik olacağı istisna deyil. JAMAZ.İNFO xəbər verir ki, bu dəyişiklik təkcə nazirlərin işdən çıxarılması və ya yeni təyinat almaları ilə bağlı olmayacaq. Həm də struktur baxımından da bəzi dəyişikliklərin olacağına dair iddialar var.

JAMAZ.İNFO xəbər verir ki, yeni kabinetdə yeni xidmətin təmsil olunması gözlənilir. Söhbət Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Penitensiar Xidmətdən gedir. Bu barədə yayılan xəbərlərdə vurğulanır ki, Penitensiar Xidmət seçkilərdən sonra Ədliyyə Nazirliyinin tərkibindən çıxarılaraq, müstəqil xidmət kimi fəaliyyət göstərəcək.

Hətta belə bir iddia var ki, Mirsaleh Seyidovun bir qədər əvvəl Penitensiar Xidmətə rəhbər gətirilməsi də bu planın tərkib hissəsi olub. Belə ki, hakimiyyət dairələrinin penitensiar sistemi yaxşı bilən Seyidovu quruma rəhbər təyin etmələri, gələcəkdə onu ayrıca xidmət olaraq formalaşdırma istəklərindən irəli gəlib. Həmçinin bununla PX-nin nazirlik səviyyəsində statusu müəyyən ediləcək.скачать dle 12.1