Bia.Az

“Mənim səsim” Seçki Monitorinq Mərkəzinin təlimləri davam edir – FOTOLAR

Gündəm
 2-02-2024, 14:03     222

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimlərini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu haqda açıqlama verən “Mənim səsim”in təmsilçisi Səidə Qocamanlı bildirib ki, artıq paytaxt Bakı daxil ölkənin bir sıra cənub bölgələrində təlimlər başa çatıb:

“Seçkiyə çox qısa zaman qalıb. Hazırlıqlarımız tam sürətlə davam edir. Koalisiya üzvləri olaraq mən, insan haqları müdafiəçiləri olan həmkarlarım Novella Cəfəroğlu və Səadət Bənənyarlı ilə bərabər bir neçə rayonda təlimlər keçdik. Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı üzrə təlimlər uğurla tamamlandı. Balakən, Zaqatala, Sumqayıt təlimləri də tamamlanmaq üzrədir. Eyni zamanda Bakıda 140-dan çox müşahidəçilərimizə gərəkli təlimatlar verilib. Koordinatorlarımız, müşahidəçilərimiz hər biri indiyə qədər seçki prosesində iştirak etmiş təcrübəli şəxslər olsalar da, 7 fevral seçkisinin məsuliyyətini hər kəs çox yaxşı dərk edir. “Mənim səsim”-in təlimçiləri Seçki Məcəlləsinin tələblərinə uyğun davranış, monitorinq işinin təşkili haqqında bütün vacib detallar haqqında müşahidəçilərə, koordinatorlara bilgi verib. 500-dən çox müşahidəçimizin hər birinə yaddaş kitabları, eyni zamanda tanınmaları üçün döş nişanları verilib”.
Səidə Qocamanlı medai açıqlamasında seçicilərə də səslənib:“Azərbaycan cəmiyyəti 7 fevral Prezident Seçkisinin ölkəmizin siyasi həyatı, dövlətimizin gələcəyi üçün vacib olduğunun fərqindədir. Bunu ictimai müzakirələr də təsdiq edir. Biz “Mənim səsim” Koalisiyası adından bir daha vətəndaşları seçki günü aktivliyə dəvət edirik. Məntəqələrə gəlmək, səsvermədə iştirak etmək ən nümunəvi vətəndaş davranışıdır. Biz Azərbaycanın modern dövlət, seçki ənənələrinə sadiq ölkə olduğunu 7 fevralda bir daha dünyaya çatdırmalıyıq”.
Səidə Qocamanlı onu da bildirib ki, Koalisiya fevralın 2-də Qərb bölgəsi üzrə müşahidəçilər üçün təlimlərə başlayır.
 




скачать dle 12.1