Bia.Az

Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə beynəlxalq elmi- nəzəri konfrans keçirilib

Gündəm
 28-01-2024, 14:52     249

Yanvarın 27 -də Gəncə-Daşkəsən Mədəniyyət  İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 24 saylı kitabxana filialı Azərbaycan Demokratik Respublikasının qurucu liderlərindən olan Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə Türkdilli dövlətlərin siyasətinə dəstək fondu ilə birgə "Cümhuriyyətin əbədi yaşar lideri-M.Ə Rəsilzadə" başlıqlı beynəlxalq elmi nəzəri - onlayn konfrans keçirdi. Konfransa Qazaxıstandan Qazaxıstan Majilisinin keçmiş deputatı, tanınmış ictimai xadim Əbülfəz Xamedov,  Moskvadan Hüquq  elmləri namizədi Oktay Hüseynov və digərləri qatılmışdı.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cümhuriyyətin lideri  M.Ə.Rəsulzadənin anadan olmasının  140 illik yubileyinin keçirilməsi haqqında sərəncam  imzaladığı qeyd edildi.

Konfransda M.Ə.Rəsulzadənin nəvəsi əməkdar rəssam Rais Rəsulzadə, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin prezidenti Nizami Cəfərov, BDU-nin professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, politoloq, professor Cümşüd Nuriyev, Azərbaycan Milli Konservatoriyanın professoru  Abbasqulu Nəcəfzadə, professor Fərrux Rüstəmov, akademik Bayram Apoyev, Türkdilli dövlətlər siyasətinə dəstək fondunun  prezidenti Nüsrət Məmmədov, Alvina Babayeva çıxış etdilər.

M.Ə.Rəsulzadənin nəvəsi əməkdar rəssam Rais Rəsulzadə çıxışında Prezident İlham Əliyevə Cümhuriyyətin lideri  M.Ə.Rəsulzadənin anadan olmasının  140 illik yubileyinin keçirilməsi haqqında sərəncam  imzaladığı üçün öz dərin minnətdarlığını bildirdi.

Konfransda M.Ə.Rəsuldanənin keşməkeşli həyatı və  müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıldı.
Goranboy rayon  Mahmud Zeynalov adına tam orta məktəbin 8 sinif şagirdi Məryəm Nəsibli  Xalq şairi Nərman Həsənzadənin  M.Ə.Rəsulzadəyə həsr etdiyi "Ankarada M.Ə.Rəsulzadənin  məzarı" adlı şeirini söylədi.

Sonda M.Ə.Rəsulzadəyə aid videoçarx nümayiş etdirildi.скачать dle 12.1