Bia.Az

Qərb Azərbaycana sanksiya tətbiq edə bilərmi? – Aİ-nin proseduru açıqlandı

Gündəm
 26-01-2024, 01:13     170

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakı adekvat cavab vermək niyyətindədir.

AŞPA-nın sözügedən qərarının qəbul olunduğu dünənki iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmədiyi qeyd olunsa da Bakının mövqeyi fərqlidir.
Məlumata görə, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər.

Bəzi ekspertlər isə iddia edir ki, AŞPA-nın məlum ədalətsiz qərarı sonrası Avropa İttifaqı da (Aİ) Azərbaycana sərt iqtisadi sanksiyalar tətbiq edə bilər.

Bu iddia nə dərəcədə doğrudur? Aİ-nin timsalında bütövlükdə Qərb Azərbaycana qarşı sanksiya tətbiq edə bilər?

Natiq Cəfərli

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, AŞPA və Aİ ayrı-ayrı institutlardır:
“AŞPA-da ölkələrin parlamentləri təmsil olunduğu halda Aİ-də birbaşa ölkələr təmsil olunur. Aİ-də qərarların verilməsi elə də asan deyil. Belə ki, burada qərarlar konsensus əsasında, yekdilliklə qəbul edilir. Bundan başqa, Aİ üzvlərinin veto hüquqları var. Bir ölkə belə bu hüquqdan istifadə etsə, qərar qəbul edilmir.

Hesab edirəm hazırda Aİ-də Azərbaycana qarşı sanksiya ehtimalı yoxdur. Bununla belə, Azərbaycana qarşı sanksiya məsələsi gündəmə gələrsə, belə bir qərarın qəbul edilməsi inandırıcı deyil. Məsələ ondadır ki, bu gün Azərbaycanın Aİ-də dost və tərəfdaşları kifayət qədər çoxdur. Misal üçün, İtaliya, Macarıstan və Balkan ölkələri veto hüququndan istifadə edərək bu qərara mane ola bilər.

Aİ-dəki bir çox ölkə yaxşı bilir ki, AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi mövqe qərəzlidir. Misal üçün, azadlıqlar ilə bağlı məsələnin Qarabağ mövzusu ilə birlikdə təqdim edilməsi doğru deyil. Müqayisə üçün deyim ki, AŞPA və ümumilikdə Aİ Ukraynanın öz torpaqları uğrunda döyüşməsinə belə mövqe sərgiləmir. Bu anlaşılmaz, qəbuledilməzdir”.скачать dle 12.1