Bia.Az

İsveç NATO-ya üzv olur – TBMM təsdiqlədi

Gündəm
 24-01-2024, 01:09     181

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyünü nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində keçirilən müzakirələrdə çıxış edən millət vəkilləri məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Daha sonra səsvermə başlayıb. Səsvermədə iştirak edən AKP, CHP, İYİ Partiya və MHP İsveçin üzvlüyünün lehinə səs veriblər.

Qeyd edək ki, Ankara uzun sürən danışıqlardan sonra Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləsə də, İsveçin bu istiqamətdə kifayət qədər addım atmadığını əsas gətirərək üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərmirdi.

Ankara xüsusilə İsveçi terrorçuları gizlətməkdə və onları Türkiyəyə təhvil verməməkdə günahlandıraraq Stokholmun NATO-ya üzvlüyünü rədd edirdi. Lakin NATO liderlərinin 29 iyun 2022-ci ildə keçirilən Zirvə toplantısında üç ölkə arasında üçtərəfli saziş imzalanıb və Türkiyə iki ölkənin NATO-ya üzvlük müraciətinə dəstək verəcəyini bildirib.

Xüsusilə, İsveçin NATO-nun bu həftə başlanması gözlənilən təlimində iştirakına Türkiyənin razılıq verməsi müsbət addım kimi qiymətləndirilib.
Məlumat üçün bildirək ki, İsveçin NATO-ya üzvlüyü istiqamətində ilk addım dekabrın 26-da atılıb. İsveçin NATO-ya üzvlük protokolunun məqsədəuyğun olduğunu bildirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib. Səsvermədə AKP, CHP və MHP-dən olan deputatlar iştirak edib və qərara yekdilliklə səs veriblər.

Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsindən sonra bütün gözlər Macarıstana dikilib. İndi diqqət Macarıstan lideri Viktor Orbanın verəcəyi qərara yönəlib. Macarıstan parlamentinin hazırda qış tətilində olduğunu nəzərə alsaq, onların fevralın ortalarına yaxın toplanaraq bu məsələni müzakirə edəcəkləri gözlənilir.

Bu arada Macarıstanın Baş naziri Viktor Orban sosial media hesabında paylaşım edərək, İsveçin NATO üzvlüyünü müzakirə etmək üçün həmkarı Ulf Kristerssona dəvət məktubu göndərdiyini açıqlayıb.скачать dle 12.1