Bia.Az

Avropa Rusiyanın üstünə “Sezar”ı göndərir – “Nağara məsələsidir…”

Gündəm
 19-01-2024, 11:20     173

Fransa Prezidenti Emannuel Makron qeyd edib ki, Paris Kiyevə 40-a yaxın uzaqmənzilli SCALP raketi, “Sezar” özüyeriyən haubitsa və bir neçə yüz bomba ötürməyi planlaşdırır.

Maraqlıdır, Fransanın bu addımı münaqişəyə necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Makronun səsləndirdiyi fikirlər “toydan sonra nağara” kimi qiymətləndirilməlidir:

“Rusiya-Ukrayna müharibəsi fonunda NATO, Avropa İttifaqında təmsil olunan ölkələr çox pessimist mövqe sərgiləyirlər. Ukraynanı qələbə çalmaq səviyyəsinə çatdırmaq üçün lazımi silahları verə bilmək iqtidarında olmadıqlarını dilə gətiriblər.

Xəyal Bəşirov
Bir sıra ölkələr raket və hava hücumundan müdafiə sisteminin tükəndiyi haqda fikirlər söyləyirlər. Fransanın bu addımı da populist gedişdir. Yəni Paris lazım olan silahları Ukraynaya verməyəcək. Dünyanın Rusiyaya qarşı apardığı mübarizəyə Fransa da öz töhfəsini vermək istəyir, lakin bunun ciddi effekti olmayacaq”.скачать dle 12.1