Bia.Az

336 fransalı Azərbaycana qarşı – Bakının cavab gedişi

Gündəm
 19-01-2024, 01:27     224

Fransa Qarabağ ermənilərinin Qarabağa sərbəst şəkildə qaytarılması üçün Azərbaycan tərəfindən hüquqi təminat verilməsini istəyir. Fransa Senatı ötən gün bu barədə qətnamə layihəsini qəbul etdi. Layihənin lehinə 336, əleyhinə isə 1 səs verilib.

Azərbaycan isə  qeyd edir ki, ermənilər istənilən zaman Qarabağa qayıda bilərlər. Bununla belə,  rəsmi Paris bir müddətdir ki, Bakını iqtisadi sanksiyalar ilə də hədələyir.

Maraqlıdır, Fransanın Azərbaycana iqtisadi sanksiyalar tətbiq etməkdə marağı nədir nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Fransanın Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı çağırış xarakterli qətnaməsi əhəmiyyətsizdir:

“Bu qətnamənin hüquqi əsası olmadığı kimi, mövqeyimizə təsiri də yoxdur. Ermənilərin Qarabağa sərbəst şəkildə qayıtması ilə bağlı rəsmi Bakı bir neçə dəfə çağırış edib. O ki qaldı onların qayıtmasına təminatın verilməsi bu ənənəvi birtərəfli yanaşmadır.

Əvvəla, bu şəxslərin Azərbaycanı tərk etməsində heç bir dövlət qurumu iştirak etməyib. Bu prosesin təməlində sadəcə Ermənistan və bu ölkədəki revanşist qüvvələr dayanır. Azərbaycan vətəndaşları hansı hüquqi təminata sahibdirsə vətəndaşlığı qəbul edən ermənilər də bu hüquqa malikdir. Bunun üçün sadəcə qanuni prosesləri keçmək lazımdır. Belə ki, bununla bağlı xeyli müddətdir ki, müvafiq prosedur müəyyənləşib. Hətta onlayn yolla bunu etmək mümkündür. Ermənilər onlayn formada belə vətəndaşlıq üçün müraciət edə bilər.


Elçin Mirzəbəyli

Önəmli olan əsas faktor budur ki, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilib. Bu gün bir nəfər də olsun azərbaycanlı Ermənistanda yaşamır. Əgər məsələ hüquqların müdafiəsindən gedirsə, proses həm də azərbaycanlılara şamil edilməlidir. Onlar da öz ata-baba torpaqlarına qayıtmalıdır”.скачать dle 12.1