Bia.Az

Azərbaycan Türkiyə münasibətlərinə hiddət, Atatürk və Ərdoğana təhqiramiz ifadələr - Erməni qəzetinin təxribatı

Gündəm
 18-01-2024, 13:06     286

Ankara və İrəvan normallaşma prosesi çərçivəsində qarşılıqlı addımlar atarkən erməni mətbuatında təxribat xarakterli yazı dərc edilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da nəşr olunan və diasporun sözçüsü kimi fəaliyyət göstərən “Armenian Weekly” qəzetində “Şəxsi maraqlarınız üçün bazarlıq edin və ən pisə hazırlaşın” sərlövhəli məqalə dərc olunub.

Stepan Piliqyanın imzsı dəc olunan əxribat xarakterli məqalədə Atatürk və Ərdoğanla bağlı qalmaqallı ifadələr işlədilib: “Sülh üçün sonsuz səyahətimizdə daha bir ümid və narahatlıq həftəsi oldu. İncildə adı çəkilən Araratın (Ağrıdagı) kölgəsində yaşamaq, eyni zamanda zalım türklərin vəhşiliyinə dözmək bizim üçün həm acı, həm də şirin şans idi. Birlik paşalarından tutmuş amansız Kamala və indi də irqçi fürsətçi prezident Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə sülhsevər xristian xalqının başına bir bəla olub", - deyə erməni təxribatçısı yazıb.

Normallaşma prosesini şərh edən qəzet: “2024-cü ildə Ermənistan cənub, şərq və qərbdəki türk qonşuları ilə hələ də çətin sülh axtarışında olduğu bir vaxtda, Əliyev və Ərdoğan Ermənistanın zəiflədilməsini və ya yox edilməsini istəyirlər”, - deyə yazıb.

“Armenian Weekly” bu iddiaya heç bir dəlil gətirə bilməsə də, Ermənistana buna görə də hərbi potensialını artırmalı olmağı “məsləhət bilib”.
Yazının sonrakı hissələrində də qalmaqallı ifadələr işlədən müəllif: “Türkiyə çaşqınlığı davam etdirəcək və yeni ilkin şərtlər əlavə edəcək. Hər şey Ermənistanın zəiflədilməsi kontekstində edilir. Bu, Ermənistanın cənub bölgəsinin millətdən ayrılmasına bərabərdir”, - deyən Ermənistanın media orqanı “Zəngəzur dəhlizi” ilə bağlı uydurma "öncəgörmə" edib.

“Armenian Weekly” də ABŞ və NATO-ya çağırış edərək deyib: “NATO və ABŞ Türkiyəyə azərbaycanlılara kadr və texnologiya verməyi dayandırmağı tapşırmalıdır. Eyni şəkildə, İsraillə Azərbaycan arasındakı biabırçı münasibətlər ABŞ-ın müdaxiləsi ilə düzəldilə bilər”, - deyən erməni mediası bunun Qərbin maraqlarına uyğun olduğunu iddia edib.

Sözügedən yazıda Qərbə: “Əgər Azərbaycan əməkdaşlıq etməsə, Ermənistanı silahlandırın və vaxtı keçmiş sanksiyaları tətbiq edin. Bu, Azərbaycan və Türkiyənin diqqətini mütləq cəlb edəcək. Əgər sülh prioritetdirsə, Ermənistan özünü qorumalı və vasitəçilər bütün tərəfləri motivasiya etməlidir”, - deyə çağırış edilib.

Qeyd: Yazıda kin və nifrət dolu ifadələr işlədən müəllif, erməni xisləti olan "timsah gözyaşı"nı da unutmayaraq özlərini "fağır", "köməksiz" kimi qələmə verib. Yazının hər cümləsində müharibəyə çağırış edən erməni yazar, arada erməniləri "süh tərəfdarı" olduqları yalanını da qeyd etməyə bilməyib.скачать dle 12.1