Bia.Az

AZƏRBAYCANDA ERMƏNI GƏLINLƏRIMIZIN SAYININ BIRI DƏ AZALDI-QALDI 29999

Gündəm / Redaktorun seçimi
 1-08-2020, 18:04     2 120

Musa Şəkiliyev qədəh yoldaşını müdafiə etmək üçün Qax İcra Hakimiyyətinin hüquqşünasını səfərbər etdi

Ermənistanın iyulun 12-də və sonrakı günlərdə Tovuz rayonunda sərhəddə törətdikləri, əsgər və zabitlərimizin şəhid olması ilə nəticələnın təxribatdan sonra Azərbaycanda 30 min erməni gəlinimizin olması məsələsi yenidən gündəmə gəldi. Həmin ərəfədə “Dəryaz” qəzeti redaksiyasına da bu mövzuya toxunmağımıza səbəb olan məlumat daxil olmuşdu. Məlumatda bildirilirdi ki, Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun həyat yoldaşı milliyyətcə ermənidir. Həmçinin qeyd olunurdu ki, Soltan Camalov Qax Rayon İcra Hakimiyyətini başçısı Musa Şəkiliyevin qədəh yoldaşı olmaqla ən sevimli, sözübir kadrıdır.

Xatırladaq ki, ümumiyyətlə, Qax rayonunda bu ənənənin əsasını Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadə özü qoyub. ASC sədri ilk dəfə rəhbər vəzifəyə məhz Qax SSİ-də rəis kimi başlayıb. Özü də sovetlər dönəmində rayon rəhbərinin ən çox etibar etdiyi yerli rəhbər işçilərdən olub. Xüsusən də büdcədənkənar xərclərin qarşılanması üçün “daxili imkanları” səfərbər etmək məsələsində ona çox güvənilib.

Soltan Camalovla Musa Şəkiliyevi birləşdirən daha bir ortaq dəyər də icra başçısının ASC sədri ilə qohum olması amilidir. Bu və digər məsələlərlə bağlı RİH başçısının münasibətini öyrənmək istədikdə,   suallarımızın Soltan Camalovla bağlı hissəsinə hirslə cavab vermşdi: “Bəli, o qadın ermənidir, Soltanın onunla toyunu da mən eləmişəm? Sonra?”

Musa Şəkiliyevin verdiyi hirsli cavabı qələmə alıb məqalə ortaya qoyandan sonra qarşı tərəfin reaksiyası özünü çox gözlətmədi. Rayon İcra Hakimiyyətinin hüquqşünası kimi təqdim olunan şəxs bizimlə telefon danışığında redaksiyamızı məhkəməyə verəcəkləri ilə hədələdi. Ona dinlətdirdiyimiz audioyazıya qulaq asandan sonra isə eşitdiyi səsin məhz Musa Şəkiliyevə məxsus olduğunu qəbul etmədi. Nə deyirik, öz işidir. Əsas söz lazım gəlsə, ekspertiza deyəcək. 

Bu yerdə xatırlatmağımıza dəyər ki, Musa Şəkiliyev adətən barəsində gedən tənqidi yazılara əhəmiyyət vermir. İndi bu tezliklə hüquqşünası vasitəsilə narahatlığını büruzə verməsinin yəqin ki tutarlı səbəbi var.  Ağıla gələn ilk variant iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirəni müşayiət edən assosiasiyalar ola bilər. Müşavirədə su təsərrüfatında mövcud olan problemlər müzakirə edilərkən ölkəmizdə su qıtlığıın yaşanmasına səbəb kim aidiyyati qurumların səhlənkarlığı, əvvəlki illərdə öz fəaliyyətlərində rəvac verdikləri səriştəsizliklər və başqa neqativ hallar göstərilmişdi. Sahənin cavabdeh qurumlarından biri və brincisi əlbəttə ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir. Onilliklərdir ki, ASC-nə rəhbərlik edən cənab Əhməd Əhmədzadə və onun yerlərdəki kadrları məlum müşavirədə səslənən iradların birbaşa adresatlarıdır desək, yanılmarıq. Görünür, Musa Şəkiliyev qohumu Əhməd Əhmədzadənin çoxillik karyerasının sonunun elə də uzaqda olmadığını təxmin etdiyindən, bu ərəfələrdə tənqidi yazılarda adlarının birgə çəkilməsini istəməyərək tənqidçiləri susdurmaq üçün vaxt itirmədən hədə-qorxu gəlmək metoduna əl atıb.

Hədənin nə dərəcədə real qəbul edilməsinə gəlincə, deyək ki, Qax RİH-nin hüquqşünası bu məsələdə İcra Hakimiyyətinin deyil, şəxsən Musa Şəkiliyevin vəkili kimi çıxış edib. Onu da nəzərə alırıq k, ölkəmizdə milli mənsubiyyətinə görə vətəndaşlar arasında ayrı-seçkilik siyasəti yoxdur. Başqa sözlə, Əhməd Əhmədzadə, Musa Şəkiliyev, Qax RİH-nin hüquqşünası və onlar kimilərin məsələyə yanaşması qınanmasa, ermənilərin eynən Dağlıq Qarabağdakı kimi başqa regionlarımızda, məsələn elə Qax rayonunda sayının artmasına, günlərin birində öz müqəddəratlarını həll etmək məsələsini ortaya qoymalarına da hazır olmalıyıq. 


Soltan Camalovun özünün məsələyə münasibətini öyrənmək planımız isə təxirə düşdü. Məlum oldu ki, suvarma rəisi koronavirusa yoluxub. Allah şəfa versin. Bu fakt görülməli olan daha bir zəruri tədbiri də gündəmə gətirir: Bu arada eşitdikdi Soltan Camalovun milliyətcə erməni olan həyat yoldaşı dünyasını dəyişib. Deyə bilərik ki,erməni gəlinlərimizin sayının biri də azaldı. Qaldı 29999 nəfər.

BİA.az
скачать dle 12.1