Bia.Az

Bu gündən prezident seçkilərinin təşviqat kampaniyası başlayır

Gündəm
 15-01-2024, 00:50     231

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır

Globalinfo.az xəbər verir ki, fevralın altısı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, fevralın yeddisində Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın doqquzunda prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə yeddi namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.скачать dle 12.1