Bia.Az

Azərbaycana qarşı inanılmaz hücumlar başlayıb

Gündəm
 13-01-2024, 02:18     226

“Azərbaycana qarşı inanılmaz hücumlar başlayıb. Hətta iş o səviyyəyə gəlib çıxıb ki, ölkə rəhbəri yerli mediaya açıqlamasında bəzi detallara öz açıqlamalarında toxundu. Yəni bu il nə 2020-dir, nə 21, 22, 23-dur. Bütün qlobal sferada dəhşətli vəziyyət əmələ gəlib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.


Əziz Əlibəyli 
O qeyd edib ki, bir çoxları bu gün səngər generalı Hikmət Mirzəyevin nazir müavini təyin edilməsini yəqin indiki vəziyyətlə əlaqələndirməyə çalışırlar.
Ermənistan mediasına baxsaq, Azərbaycan ilə bağlı planlaşdırılan zərbələrdən xəbərdar olmaq imkanlarımız olar.
Üstəgəl, ölkə bu il baş verəcək bütün qlobal təhlükələri qabaqlayaraq təcili seçkilərlə vahid, güclü və ordu, xalq, prezident triadasi ilə cavab verməyə hazırlanır”.
O vurğulayıb ki, qlobal kəşfiyyat (xüsusilə erməni maliyyəsi ilə qidalanan) dağıdıcı məqsədinə nail olmaq üçün bütün dünyada etdiyi təcrübəni Azərbaycanda da işə salıb:
“Xüsusi araşdırmalar göstərir ki, əsasən Daxili İşlər (polis), TƏBİB (tibb elitası), məmur elitası və media amansız formada linc altına alınmağa və təzyiq altında saxlanılmaga cəhd edilir.
Şübhəsiz ki, qeyd edilən sahədə problemlər var. Adicə təcili yardım maşınları çağırışa tıxacların ucbatından gedib çıxa bilmir”.
“Öz əlinizlə öz qurumlarımızı gözdən salmağa, etibarsızlaşdırmaga start veriblər.
Bu qurumların sıradan çıxması və ya nüfuzunu itirməsini hədəfləmək hansı nəticəni doğurar?…
Ölkəyə təcili sahib çıxmaq lazımdır. Qarabağı azad etmişik deyə üzərimizə sel kimi gələn hücumlar artmaqdadır”, – deyə ekspert deyib.скачать dle 12.1