Bia.Az

ABŞ-dan Bakıya ilin ilk təklifi: Sülh danışıqları üçün elə vaxt seçildi ki…

Gündəm
 12-01-2024, 12:03     153

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının mart ayında Vaşinqtonda aparılmasını təklif edib. Xatırladaq ki, bu, Rusiyada prezident seçkilərinin keçirilməsi ərəfəsinə təsadüf edir.

Lakin Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, sülh müqaviləsi iki suveren dövlət arasında imzalanacaq, heç bir zəmanətçiyə ehtiyac duyulmur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, ABŞ-ın təklifini bu istiqamətdə 2024-cü ildə atılan ilk addım kimi qiymətləndirmək lazımdır:

“Bildiyimiz kimi, Ermənistan buna hazırdır və ABŞ-ın nəzarəti altında keçiriləcək danışıqlar prosesinin onun mənafeyinə xidmət edəcəyini düşünür. Amma Azərbaycanda yanaşma fərqlidir və bu vaxta qədər ABŞ vasitəçiliyinin uğur qazanmamasının səbəbini məhz onu ermənipərəst mövqe tutması ilə əlaqələndirirlər. Həqiqət də budur ki, rəsmi Vaşinqton Rusiyanı regiondan sıxışdırıb çıxarmaq ideyasına o qədər aludə olub ki, bu zaman Azərbaycanın mövqelərini də bu ideyaya qurban verir. Yəni onun birtərəfli, ermənipərəst mövqe tutması bu danışıqları Bakı üçün maraqsız edir.

Əlimusa İbrahimov
ABŞ Azərbaycan-Ermənistan danışıqlarında uğur qazanmağı istəyirsə, ikili standartlardan əl çəkməli və Azərbaycanın mövqeyini də nəzərə almalıdır. Əks halda ABŞ-ın 2024-cü ildəki vasitəçilik təşəbbüslərinin aqibətini də 2023-cü ildəki nəticələr gözləyir. Amma bu o anlama gəlmir ki, Azərbaycan ABŞ-ın təklif etdiyi Vaşinqton görüşündən imtina edəcək. Bakı Vaşinqtonda keçiriləcək müzakirələrdə iştirak etmək təklifini qəbul edə və xarici işlər nazirini ora göndərə bilər. Lakin Vaşinqtonun Azərbaycana münasibətdə yeritdiyi siyasətdə nəzərəçarpacaq dəyişiklik baş verməsə, bu vasitəçiliyin uğur qazanacağı barədə müsbət fikir söyləmək mümkün deyil”скачать dle 12.1