Bia.Az

Prezident İlham Əliyev: “Paşinyanın yeddi tələbinə mənim bir cavabım var”

Gündəm
 31-07-2020, 13:28     355

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsi üçün yeddi şərt irəli sürüb və onların hamısı qəbuledilməzdir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev iyulun 30-da Balakəndə ictimaiyyət qarşısında çıxış edərkən bildirib.
Paşinyanın şərtlərindən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz”, - İ.Əliyev deyib.  Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Digər şərtlər də buna bənzər şərtlərdir və qəbuledilməzdir.
“Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq. Heç vaxt!”, - İ.Əliyev bildirib.
Xatırladaq ki, iyulun 23-də Paşinyan Ermənistan-Azərbaycan sərhəddində döyüşlərdən sonra bəyanat verib.
İyulun 12-14-də vəziyyət dəyişib və indi Ermənistan aşağıdakı şərtləri irəli sürür:
1) Ermənistan və Qarabağın ümumi təhlükəsizlik sistemi möhkəmləndirilməlidir;
2) Qarabağ danışıqların tamhüquqlu tərəfi olmalıdır;
3) Azərbaycan güc tətbiqindən açıq şəkildə imtina etməli və antierməni ritorikasını dayandırmalıdır;
4) Azərbaycan öz maksimalist tələblərindən əl çəkməli və Qarabağın özünütəyin hüququnu tanımalıdır. Ermənistan və Qarabağın təhlükəsizliyi güzəşt predmeti olmayacaq;
5) Azərbaycana silah göndərən ölkələr buna son qoymalıdırlar;
6) Barışığı kimin pozduğunu təsbit etməyə yönələn beynəlxalq monitorinq sistemi tətbiqi edilməlidir;
7) Türkiyə münaqişənin nizamlanmasında vasitəçi ola bilməz. Turan.

BİA.az
скачать dle 12.1