Bia.Az

Şaharamanyan “Qarabağın ləğv fərmanı”nı ləğv etdi: “Qərar”ın bir nüxsəsi Paşinyana göndərilib

Gündəm
 10-01-2024, 14:17     165

Qarabağdakı terrorçuların rəhbəri Samvel Şahramanyan 28 sentyabr 2023-cü ildə qondarma rejimin ləğvi ilə bağlı fərmanı ləğv edən “qərarı” imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, bu “qərar”dan yalnız bir neçə nəfərin xəbəri var. “Qərar dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistanın baş naziri Nikol Paşinyana göndərilib”.

“Hraparak” iddia edir ki, Şahramanyan Ermənistan hakimiyyətinin təhdid və fərziyyələrini nəzərə alaraq, bunu ictimaiyyətə açıqlamaq fikrində deyil. “Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib. Həmin aktivliyi isə Artsax parlamenti, ötən ilin sonunda gizli iclas keçirən və Artsax məsələsi ilə bağlı komitə yaratmaq qərarına gələn deputatlar nümayiş etdirəcəklər”.

P.S. Şahramanyanın hansı “qərar” qəbul etməsinin artıq heç bir önəmi yoxdur. Çünki onun imzaladığı istənilən kağız parçası Qarabağ məsələsinə təsir etmək gücündə deyil. Faktiki olaraq, Qarabağ Azərbaycanın nəzarəti altındadır, orada quruculuqişləri gedir və əhalinin köçürülməsi prosesinə başlanılıb.скачать dle 12.1