Bia.Az

STRATFOR: “İrəvan Bakının tələblərini qəbul edəcək, əks halda müharibə riski artacaq”

Gündəm
 9-01-2024, 13:03     174

ABŞ-ın məşhur analitik mərkəzlərindən biri olan “Stratfor” Azərbaycan-Ermənistan münasibətləri, sülh danışıqları və bu qəbildən olan məsələlərlə bağlı maraqlı təhlillə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, analitik mərkəz hesab edir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi istiqamətində irəliləyiş çox güman ki, mümkündür.

Lakin mərkəz hesabatında yazır ki, bütün bunlara baxmayaraq, Azərbaycanın Ermənistan üzərində təsir rıçaqlarını saxlamağa çalışdığı üçün alovlanma və ya tammiqyaslı müharibənin bərpası riski yüksək olaraq qalacaq. “İrəvan Bakı ilə sülh sazişi bağlamağa çalışmaqda davam edəcək. Lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara mane olmaqda davam edəcək. Ermənistan Qərblə artan siyasi əlaqələrindən və sonuncunun hərbi dəstəyindən Bakıya qarşı çıxmaq üçün istifadə edəcək. Amma İrəvanın cüzi təsir rıçaqlarının olduğunu nəzərə alsaq, o, çox güman ki, Bakının Ermənistanın cənubundan keçən tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək”.

“Stratfor” iddia edir ki, Prezident İlham Əliyevin fevralın 7-də yenidən prezident seçilməsindən sonra Azərbaycan mümkün işğala hazırlaşmaq və danışıqlarda təsir rıçaqları əldə etmək üçün Ermənistanla sərhəddə hərbi imkanlar qurmağa davam edəcək. “İlin birinci yarısında mühüm irəliləyiş əldə olunmasa, genişmiqyaslı hərbi əməliyyatların başlanması üçün əlverişli şəraitin yaranacaq. Bu da yay aylarında Azərbaycanın Ermənistanın cənubunda mühüm əraziləri ələ keçirməsi riskini artacaq. İrəvanın Moskvanı tərk etmək istəyinin artan impulslarına baxmayaraq, Rusiyanın Cənubi Qafqazda təsiri o qədər də azalmayacaq ki, o, əhəmiyyətini itirsin. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq və ölkə Rusiya iqtisadiyyatı ilə sıx bağlı olacaq”.

Analitik Mərkəz hesabatında qeyd edir ki, eyni zamanda, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq. “Cənubi Qafqazda şərq-qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək. Əgər Bakı Naxçıvan anklavı ilə quru əlaqəsi yaratmaq üçün Ermənistanı işğal edərsə, Azərbaycan və Türkiyə Qərbin təzyiqi altına düşəcək. Bu zaman Bakı və Ankara Qərbi xarici siyasətlərini dəyişmək, Rusiya, Çin və İranla yaxın əlaqələr qurmaqla hədələyəcəklər”.скачать dle 12.1