Bia.Az

Azərbaycan ordusunun yüksək döyüş hazırlığı işğalçı ölkəni təşvişə salır

Gündəm / Cəmiyyət
 30-07-2020, 18:43     907

Regionun ən güclü ordusuna malik ölkə kimi xarakterizə olunan Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Mənəvi-psixoloji hazırlıq cəhətdən də yüksək səviyyədə olan Azərbaycan ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Təsadüfi deyil ki, indi işğalçı dövlətdə Azərbaycan və Ermənistan orduları arasında fərqin böyük sürətlə ölkəmizin lehinə dəyişməsinə dair etiraflar çoxalmaqda və Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə, bunun Ermənistan üçün əsl fəlakət olacağını qəbul edənlərin sayı sürətlə artmaqdadır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə ağır silahlardan da istifadə etməkə 12 iyul tarixindən başladıqları təxribat davam edir. Bu günlər ərzində ərazidə yerləşən hərbi birləşmələrimiz tərəfindən düşmənə sarcıdıcı zərbələr endirilmiş, düşmənin ağır texnikaları, istehkamları, müdafiə qurğuları, komanda idarəetmə məntəqələri darmadağın edilmişdir. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itgi verərək geri çəkilmişdir.

Bu döyüşlər göstərir ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir. Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlər bunu bir daha təsdiq edir. Bu döyüşlər eyni zamanda Azərbaycan Ordusunun, onun əsgər və zabitlərinin qəhramanlıqlarını nümayiş etdirir. Azərbaycan zabitləri əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir. Azərbaycan xalqı fəxr edir ki, onun belə bir güclü və peşəkar ordusu var. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin dövlət səhədlərimizdə bundan sonra da törədə biləcəyi bütün təxribatlara layiqli cavab verəcək və lazım gəldikdə işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi üçün müvafiq tədbirləri həyata keçirəcək.

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi, Qələbə ruhu düşməndən qat-qat yüksəkdir. Qələbə ruhlu igid oğullarımız demək istəyir ki, gec və ya tez mütləq işğal olunan torpaqlarımızı azad edəcəyik, şəhidlərimizin qanını yerdə qoymayacağıq və düşmənin layiqli cəzasını verəcəyik.

Tural HÜSEYNLİ,
iqtisadcı, Nəsimi rayonu.


BİA.az



скачать dle 12.1