Bia.Az

Sinan Oğan: "Oyunu Xankəndi stadionunda keçirməyi tövsiyə edirəm"

Gündəm
 30-12-2023, 13:15     274

Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Fənərbaxça" və "Qalatasaray" arasındakı Superkubok matçı öncəsi təşkilatçılarla anlaşmamazlıq səbəbindən qalmaqal yaşanın. Komandalar meydana çıxmaqdan imtina edərək vətənlərinə dönüblər.


Bizimyol.info xəbər verir ki, bununla bağlı Azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan sosial şəbəkə hesabında müsaj paylaşıb.

Siyasətçi: "Əgər qəti olaraq xaricdə oynamaq istəyirsinizsə, Azərbaycanın Xankəndi stadionunu tövsiyə edirəm. Başqa halda bu final paytaxta da yaraşardı", - deyə qeyd edib.

Məlum hadisədən sonra Türkiyənin bir çox idman və siyasət adamları bu oyunun türk dövlətlərindən birində, xüsusilə də, Azərbaycanda keçirilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıblar.

Qeyd ediək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması nəzərdə tutulan Turkcell Superkuboku uğrunda "Fənərbaxça" və "Qalatasaray" oyunu ləğv edilib.

Təşkilata ev sahibliyi edən Səudiyyə Ərəbistanı rəsmiləri TFF və klubların bu matç üçün xüsusi hazırladıqları Atatürk və Cümhuriyyət konseptual pankartları, köynəkləri, videoları və 100-cü il marşını "siyasi" hərəkət olduğunu hesab ediblər. TFF prezidenti Mehmet Büyükekşi səudiyyəlilər və iki klubun prezidentləri Dursun Özbek və Ali Koç ilə təşkilatçı tərəflə görüşüb və böhranı həll etməyə çalışıb. Səudiyyəlilər öz qərarlarında israr etdikdə Qalatasaray və Fənərbaxça klubları matçı oynamamaq qərarına gəlib və oyun ləğv edilib.

Bizimyol.info



Koronavirusa dair informasiya saytıTƏRƏFDAŞLAR
“Berqa” “Karyera və Təhsil” Forumuna dəstək verib“Azərduz” Yeni il münasibətilə sakinləri təbrik etdiKapital Bank-ın sponsorluğu ilə mühəndislik və sahibkarlıq konfransı keçirildi“Azerçay” növbəti dəfə mükafat qazandıBayram festivalları ilə rənglənən Moskvaya unudulmaz Yeni il səyahəti - Fotolarскачать dle 12.1