Bia.Az

Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması...

Gündəm
 27-12-2023, 00:50     307

"Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində görüşü sülh müqaviləsi hazırlayan iki lider arasında dialoqa dəstək vermək üçün fürsətdir".

Musavat.com xəbər verir ki, bu barədə dekabrın 26-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya bildirib.
“Bu həm də sülh müqaviləsi üzərində işi hələ başa çatdırmamış iki dövlətin liderləri arasında ünsiyyəti dəstəkləmək üçün bir fürsətdir. Və bu çox vacibdir”, - o, deyib.

Peskov xatırladıb ki, son vaxtlar hər iki tərəf bu səylərə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Onun sözlərinə görə, Rusiya da bu işdə kömək etməyə hazırdır. 

Kreml rəsmisi izah edib ki, Moskva üçün onun iki tərəfdaşının mümkün qədər tez sülh müqaviləsi bağlaması çox vacibdir. Peskov qeyd edib ki, bu, digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının Qafqazda sülh və sabitlik mühitində maraqlı olması ilə bağlıdır.

Paşinyanla Əliyev arasında səhər saatlarında baş tutan görüş 2023-cü ildə Qarabağda baş verən hadisələrdən sonra, regionun tamamilə Bakının nəzarətinə keçdikdən sonra onların ilk görüşü idi. 
 
скачать dle 12.1