Bia.Az

Paşinyanı nə qorxutdu ki, Piterə getdi? - Arşakyan

Gündəm
 26-12-2023, 10:49     305

İrəvanın qətiyyətlilik nümayiş etdirib Moskvanın təlqin və təhdidlərinə boyun əyməyəcəyinə ümid edirdim. Təəssüf ki, bu baş vermədi. Bu il Ermənistan üçün ağır oldu, “artsaxı” tamamilə itirdik və ordan gələnlərin yükü Ermənistan büdcəsinin üzərinə düşdü. Amma İrəvanın Qərblə yaxınlaşması, Roma Əsasnaməsinin ratifikasiyası, Paşinyanın MDB və KTMT-yə məhəl qoymaması, AB-nin Ermənistanda müşahidə missiyasının genişləndirilməsi və s. kimi yaxşı hadisələr də oldu. Təəssüflər olsun ki, Paşinyan daha yaxşı gələcəyə olan son ümidlərimizi öldürdü. Aydındır ki, Rusiya Paşinyanı Aİİ kimi tədbirlərdə görmək istəyirdi, çünki Ermənistanın iştirakı olmasaydı, onlar natamam olardı. Peskov, Zaxarova, Qaluzin günlərlə təhdid və eyham edirdilər ki, Paşinyan Sankt-Peterburqa getməsə, Ermənistan üçün pis olacaq.

Axar.az xəbər verir ki, bunu erməni siyasi analitik Tevos Arşakyan deyib.

“İrəvan hakimiyyəti təhdidlərə tab gətirməyərək, Rusiyaya getdi. Bəs Moskva Paşinyanı nə ilə bu qədər qorxutdu ki, o, Putinə baş əyməyə tələsdi? Kreml Nikolu başqa hansı qarmaqlarla saxlayır? Elə görünürdü ki, “artsaxın” itirilməsindən sonra Rusiyanın İrəvan üzərində heç bir təsirli rıçağı yoxdur. Ölkə iqtisadiyyatı Rusiya asılılığından qurtulur, üstəlik, iqtisadiyyat yüksəlir. Bəs ruslar Paşinyanı nə ilə təhdid edib qorxudur? Doğrudanmı o, beşinci kolondan qorxur? Amma bu gülməlidir, hətta bütün müxalifət bir araya gəlsə belə, Paşinyanla rəqabət apara bilməyəcək. Bəli, reytinq son 3 ildə xeyli aşağı düşüb. Amma insanlar Köçəryana, Sərkisyana və digər sabiqlərə daha çox nifrət edir, bunu 2021-ci il seçkisi də göstərdi. Əgər gələn bazar günü seçki keçirilsə, Paşinyan yenidən qalib gələcək. Ona görə qalib gələcək ki, cəmiyyətimiz Qarabağ klanının bərpasını istəmir, gücsüz ünsür olduğumuz, klanların, məmurların, oliqarxların inanılmaz zənginləşdiyi, ölkənin yoxsullaşdığı keçmişə qayıtmaq istəmir. Rusiya Köçəryan və Sərkisyanın hakimiyyətini bərpa edə bilməyəcək, çünki erməni xalqı bunu istəmir. Biz sülh, əmin-amanlıq və firavanlıq içində yaşamaq istəyirik. Bunu isə bizə yalnız Qərb - AB, NATO, ABŞ verə bilər. Bizə elə gəldi ki, Paşinyan da eyni şeyi istəyir. Amma o, birdən-birə Rusiyaya Ermənistan üçün tamamilə lazımsız olan sammitə getdi. Yalnız lazımsız deyil, həm də təhlükəli olan sammitə. Axı o, bununla İrəvan hakimiyyətinin gözlənilməz saltosundan çaş-baş qalmış Qərbdəki dostlarımızı rədd edir. Razılaşın, əgər Qərbə doğru bir kurs təyin etmisinizsə, çəkinmədən ona əməl etməlisiniz. Əgər imtina etsəniz, yarı yolda təslim olsanız, o zaman belə bir tərəfdaş heç kimə lazım deyil. Doğrudanmı Paşinyan Sankt-Peterburqa gedərkən bütün bunları başa düşmədi?”, - o bildirib.скачать dle 12.1