Bia.Az

İsrail təkzib etdi: ABŞ yalan deyir

Gündəm
 24-12-2023, 01:40     399

İsrail oktyabr ayında ABŞ-ın Livandakı Hizbullah infrastrukturuna zərbə endirməmək çağırışı ilə bağlı xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Müvafiq məlumatı "The Wall Street Journal" (WSJ) dərc edib. İsrail hökuməti nəşrin məqaləsinə münasibət bildirərək, məlumatı yalnış adlandırıb. Fələstinin HƏMAS qruplaşmasının ölkəyə hücumunun ilk günündə Qəzza zolağında əməliyyata cəmləşməyə qərar verildiyi dəqiqləşdirilib. "Bu siyasət hərbi kabinet tərəfindən təsdiqlənib", - bəyanatda deyilir.

WSJ-nin məlumatına görə, İsrail oktyabrın 11-i səhər saatlarında ABŞ-a Hizbullaha zərbə endirmək planları barədə məlumat verib. Qəzet yazıb ki, Amerika lideri Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya bu cür hərəkətlərin regionda genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.скачать dle 12.1