Bia.Az

ABŞ Azərbaycan hakimiyyətini müxalifətə və hökumətin tənqidçilərinə təzyiqlərə son qoymağa çağırıb

Gündəm / Siyasət
 21-07-2020, 20:22     478

ABŞ Azərbaycan hakimiyyətini COVİD-19-a cavab olaraq atılan addımlardan vətəndaş cəmiyyətini, müxalifət və ya ictimai tənqidi susdurmaq üçün istifadə olunmamasını təmin etməyə çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin 20 iyul tarixli bəyanatında deyilir.

“Azərbaycan hakimiyyəti müxalifət üzvləri və hökumətin digər tənqidçilərini təqib və həbs edərək psixiatriya xəstəxanasına yerləşdirib”, - deyə sənəddə bildirilir.

ABŞ COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiyanın və insan hüquqlarının qorunmasına sadiqdir. Dövlət Departamenti hesab edir ki, insan hüquqlarına, əsas azadlıqlara, demokratik institutlara və qanunun aliliyinə hörmət edən və müdafiə edən cəmiyyətlər böhranlara daha yaxşı və daha səmərəli reaksiya verirlər.

Sənəddə qeyd olunur ki, COVİD-19-a qarşı mübarizədən siyasi opponentlərə qarşı repressiya üçün bəhanə kimi istifadə edilməməlidir.


BİA.azскачать dle 12.1