Bia.Az

Paşinyanın qarşısında Bakı bu şərtləri qoyub - Marqaryan

Gündəm
 21-12-2023, 01:30     321

Paşinyana deyəndə ki: “Artsax”dan uzaq dur, bu sənin işin deyil, hər şeyi məhv edəcəksən”, o, “artsax”da kadr məsələsini həll etməyi, Qarabağın “prezidentinin” kim olacağına qərar verməyi, Şuşada təmiz havada içki içib-rəqs etməyi üstün tutdu. Ona dedilər ki: “Danışıqlar prosesindən heç nə başa düşmürsünüz, keçmiş siyasi rəhbərliklə məsləhətləşin, onların böyük təcrübəsi var, prosesi necə aparmağı bilirlər”. Nikol cavab verdi ki, danışıqlar prosesinə sıfır nöqtəsindən başlayacaq və heç kim ona göstəriş verə bilməz.

Axar.az xəbər verir ki, bunu erməni analitik Ruben Marqaryan deyib.

“Nikola iki layihə verildi: Azərbaycanın sülh müqabilində ərazi formulu və ermənilərin status müqabilində ərazi formulu. Kəlbəcər və Laçın istisna olmaqla, beş rayonun Bakının nəzarətinə verilməsi, Qarabağ və bu rayonlar ətrafında BMT-nin himayəsi altında sülhməramlı kontingentin yerləşdirilməsi təklif edildi. Amma o dedi ki, bütün bunlar cəfəngiyyatdır, “Qarabağ Ermənistandır və nöqtə”. Ona dedilər ki: “Müharibədə uduzursan, itkilərin çoxdur, hərbi əməliyyatları dayandırmaq, daha böyük itkiyə yol verməmək şansın var, xüsusən də strateji əhəmiyyətli Şuşa şəhəri Ermənistanda qalacaq”. Amma Nikol cavab verdi: “Xeyr, döyüşəcəyik”.
Sonra ona xatırlatdılar ki, üçtərəfli bəyannaməyə uyğun olaraq, Rusiya FTX Sərhəd Qoşunlarının nəzarəti altında Bakını Qərbi Azərbaycandan Naxçıvana tranzitlə təmin etmək lazımdır, bu öhdəlikdə onun imzası var. Bu bəndin həyata keçirilməsi Laçın yolunun fasiləsiz fəaliyyətinə töhfə verəcək ki, bu da Qarabağ ermənilərinin normal yaşayışını təmin edəcək. Lakin o, cavab verdi ki, tranzit yalnız onun şərtləri ilə, Ermənistanın suverenliyinə tam hörmətlə ola bilər. İndi isə o, Bakıya bir deyil, bir neçə ən sərfəli şərtlərlə tranzit verməyə hazırdır.
Dedilər ki: “Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıma, bu səhvdir”. Nikol cavab olaraq bildirdi ki: “Qarabağ Azərbaycandır və bunun müqabilində Bakı Ermənistanın sərhədlərinin toxunulmazlığını tanıyacaq, İrəvanla sülh müqaviləsi imzalayacaq”.
Bakı bu gün deyir ki, sülhə qarşı deyil, amma Ermənistandakı revanşist əhval-ruhiyyəyə qarşı zəmanət lazımdır, sərhəd məsələsini indi aydınlaşdırmağa dəyməz, yaxşı olar ki, bunu sonraya buraxaq.
Hazırda Paşinyana deyirlər: “Qarabağ ermənilərinin evlərinə qayıtması, Qarabağda erməni qalması üçün 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən azərbaycanlı qaçqınların Ermənistana qayıtmasına razılıq vermək lazımdır”.
Amma o deyir ki: “Bu, eskalasiyaya səbəb ola bilər, yaxşı olar ki, Qarabağ erməniləri Ermənistana inteqrasiya olunsun”.
Bunun sonu necə olacaq? Qarabağ erməniləri evlərinə qayıtmayacaq, onların bəziləri daha yaxşı həyat axtarışında Ermənistanı tərk edəcək, azərbaycanlılar isə arzu edilən imtiyazlı tranziti əldə edəcək və qayıtmağa başlayacaq, əvvəlcə isə anklavlara qayıdacaqlar.
Nikola deyirlər ki: “Xalqa və ölkəyə əzab verməyi dayandır, sən hər şeyi uğursuzluğa düçar etdin, Qarabağı itirdik, artıq get”. Deyir ki, bu, onun günahı deyil”, - o bildirib.скачать dle 12.1