Bia.Az

AİHM-dən Bakıya qarşı qərar: Milli qəhrəmanımız nə edib?

Gündəm
 20-12-2023, 01:56     303

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) “Narayan və başqaları Azərbaycana qarşı” işi üzrə hökmü dərc edib.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası AİHM-in saytına istinadən məlumat yayıb.
Hökm öldürülən erməni əsgərlərin yaxınlarının şikayəti əsasında çıxarılıb.
Hadisəni ermənilər məhkəməyə bu cür təqdim edib:
2016-cı il dekabrın 29-da səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov sərhədi keçib və “Bitlis”ə doğru gedib. Saat 8:30 radələrində Narayan və Abovyan tualetə getmək və bir neçə konteynerə su yığmaq üçün “Bitlis” səngərindən çıxıblar. Hər ikisi silahsız olub.
Atışma olub, Narayan və Abovyan öldürülüb. Döyüş mövqeyində olan digər əsgərlər dərhal atəş səsinə tərəf qaçıblar. Atışma olub və üçüncü erməni əsgəri Şavarş Melikyan da öldürülüb. Ermənistan silahlı qüvvələri gəlib və bir saat davam edən atışmadan sonra qarşı tərəfdən atəş kəsilib.
Məlum olub ki, “qarşı tərəfdə” yalnız Çingiz Qurbanov olub.
Qurbanovun meyiti ilə birlikdə 3 erməni əsgərin meyiti yerdə tapılıb. Qurbanovun meyitinin yanından avtomat tüfəng, əlavə patronlar və işlənmiş patronlar aşkar edilib.
2016-cı il dekabrın 29-da Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində cinayət işi başlanıb və hadisə yerinə baxış keçirildikdən sonra protokol tərtib edilib. Tibbi rəylərdə üç hərbçinin döş və boyun (Narayan), qarın, döş qəfəsi və sağ ayağı (Abovyan) və baş (Melikyan) nahiyəsindən aldığı güllə yaralarından dünyasını dəyişdiyi bildirilir.
Məhkəmə-tibb ekspertizasının 3 may 2017-ci il tarixli rəyinə görə, ölümcül güllələr Çingiz Qurbanovun avtomatından atılıb.
Ərizəçilərin sözlərinə görə, Azərbaycan Qurbanovun erməni əsgərləri öldürdüyünü tanıyıb. Lakin qətllərin hansı şəraitdə baş verdiyini araşdırmayıb. Əvəzində dövlət onun bu hərəkətini yüksək qiymətləndirib, Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, həmçinin onun adına küçə var.
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 13-cü (effektiv müdafiə hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinə əsaslanaraq, ərizəçilər silahlı münaqişənin davam etmədiyini nəzərə alaraq, onların qohumlarının qanunsuz öldürülməsindən şikayət ediblər. Ərizəçilər həmçinin qohumlarının milli mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edir və Azərbaycanın qətllərlə bağlı səmərəli araşdırma aparmadığını qeyd edirlər.
AİHM-in qərarına əsasən, hərbçilər Edqar Narayan və Erik Abovyanın ölümü, habelə onların ölüm şəraitinin araşdırılmamasına görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) tələbləri pozulub.

AİHM Konvensiyanın 13-cü (effektiv müdafiə hüququ) və 14-cü maddəsinə (ayrı-seçkiliyin qadağan edilməsi) uyğun olaraq araşdırmaya ehtiyac olmadığını bildirib və bu ittihamları rədd edib.

AİHM-in qərarına əsasən, Azərbaycan məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi tarixdən üç ay ərzində (44-cü maddəyə uyğun olaraq) hər ərizəyə görə tutula biləcək istənilən vergini, üstəgəl 16.000 avro ödəməyə borcludur. Konvensiyanın 2-ci bəndi ilə maddi ziyana görə hər ərizəçiyə görə 2780 avro, üstəgəl, xərclərlə bağlı onlardan tutula biləcək bütün vergilər ödənilməlidir.

Ərizəçilər Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qohumlarıdır.

Müraciət edənlər 10 Ermənistan vətəndaşıdır: 1995-ci il təvəllüdlü Edqar Narayanın, 1996-cı il təvəllüdlü Erik Abovyanın və 1990-cı il təvəllüdlü Şavarş Melikyanın valideynləri, bacılarıdır.

Çingiz Qurbanovun şəhidliyi

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman ermənilərin pusqusuna düşüb və şəhid olub. Çingiz Qurbanovun nəşi erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi yalnız 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verib.

Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.

2017-cı ilin 7 fevralında Prezident, Ali Baş Komandası İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.скачать dle 12.1