Bia.Az

Şalva Papuaşvili Azərbaycana gəlir

Gündəm
 10-12-2023, 01:37     476

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq.
Gürcüstan Parlamentinin sədri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər dekabrın 12-də başa çatacaq.скачать dle 12.1