Bia.Az

Qazaxın 7 kəndi və Kərki məsələsi dondurulur? – Açıqlama

Gündəm
 9-12-2023, 02:25     583

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, bir neçə gün ərzində sülh müqaviləsi imzalana bilər”. Simonyanın bu mövzuda belə pozitiv danışması Ermənistanın işğalı altında olan 8 kəndin taleyi ilə bağlı məsələni gündəmə gətirir. Xatırladaq ki, İrəvan bəzən o kəndlərin müqabilində Başkəndin Ermənistana təhvil verilməsi şərtini irəli sürür.

Maraqlıdır, Ermənistan 8 kəndi qaytarmağa razılıq verib, yoxsa bu məsələnin dondurulması ehtimalı var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova qeyd edib ki, sülh müqaviləsinin imzalanması təhlükəsizlik zəmanəti olmasa da, bütün problemlərin həll olunduğuna və Ermənistan tərəfindən əsassız iddialara son qoyulacağına dair hüquqi öhdəliyi özündə əks etdirməlidir:

“Qazaxın 7 kəndi və Kərkinin geri qaytarılması məsələsi sülh mətnində güzəştə gediləcək bənd deyil və ola da bilməz. Ümumiyyətlə, ərazi bütövlüyü məsələsi heç bir halda Azərbaycan üçün müzakirə predmeti olmayıb. Eləcə də, Başkəndin verilməsinin müzakirəsinin də sülh gündəliyinə daxil edildiyini düşünmürəm”.

Politoloq vurğulayıb ki, rəsmi Bakı heç vaxt ərazi güzəştinə getməyib:

“Bu, Ermənistan tərəfinin anklavların geri qaytarılması məsələsindən diqqəti yayındırmaq üçün istifadə etdiyi siyasi manevrdir. Amma önəmli olan Azərbaycanın mövqeyidir. Əslində, cənab Prezident ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumundakı çıxışı zamanı sülh gündəliyinə daxil edilmiş bütün məsələləri kifayət qədər aydın və konkret şəkildə ifadə etdi. Yəni Ermənistan sülh imzalamaq istəyirsə, bizim ədalətli və beynəlxalq hüquqa istinad edən fundamental tələblərimizi istisnasız olaraq qəbul etməlidir”.скачать dle 12.1