Bia.Az

Azərbaycan Araiki, Rubeni də qaytarır? - Tam siyahı

Gündəm
 8-12-2023, 01:40     487

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Axar.az xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçatryan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Qaytarılacaq şəxslər isə bunlardır:

I. 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər: (26 nəfər)

1. Avakyan Hraç Arzumanoviç
2. Serobyan Geqam Samveloviç
3. Hovanesyan Haykaz Koryunoviç
4. Tosunyan Levon Aşotoviç
5. Baqdasaryan Artur Eduardoviç
6. Stepanyan David Stepanoviç
7. Herabyan Hrayr Hraçoviç
8. Mikaelyan Andranik Vazgenoviç
9. Avakyan Serop Surenoviç
10. Kostanyan Narek Aqaoviç
11. Harutyunyan Varazdat Seryojeviç
12. Martoyan Manuk Hovanesoviç
13. Vardanyan Arsen Araikoviç
14. Dilanyan Arman Vazgenoviç
15. Tadevosyan Hrayr Vardanoviç
16. Bahrikyan Vahagan Edikoviç
17. Aramyan Karen Armenoviç
18. Sukiasyan Andranik Srapoviç
19. Martirosyan Gevorg Samveloviç
20. Kirakosyan Eduard Armeni
21. Gevorkyan Robert Hovikoviç
22. Yegiazaryan Sasun Seyranoviç
23. Hakopyan Volodya Qaqikoviç
24. Avakyan Tiqran Manikoviç
25. Saqatelyan Qriqor Seyranoviç
26. Avetisyan Vaqarşak Aşotoviç
II. Müxtəlif vaxtlarda Azərbaycan Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslər: (6 nəfər)
1. Rafaelyan Vladimir Otari
2. Sarqsyan İşxan Aşoti
3. Ovagimyan Arutyun Yurikoviç
4. Kazaryan Karen Aşotoviç
5. Voskanyan Qagik Aşoti
6. Eulcekcian Viken Abrahamскачать dle 12.1