Bia.Az

Azərbaycana hücum etsək... - VOMA-dan şok etiraf

Gündəm
 29-11-2023, 16:17     324

Ermənistanın VOMA terror cəmiyyətinin rəhbəri Vova Vartanovun çıxışı İrəvanda şok effekti yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Niyə müharibədən bu qədər danışırıq? Bizim Azərbaycana müqavimət göstərəcək normal ordumuz belə yoxdur. Azərbaycana qarşı hərbi əməliyyatlara başlasaq, onlar iki saatdan sonra zirehli texnika ilə İrəvanda olacaqlar. Bu müddət ərzində nə baş verəcək: Amerika ordusu bizi xilas etməyə gələcək, yoxsa rus ordusu? Yaxşı, tutaq ki, gəlirlər, amma nə qədər vaxtdan sonra? İndi özümü aldatmağa çalışıram və inanıram ki, ruslar, iranlılar və ya amerikalılar gəlib bizim üçün vuruşacaqlar. Tutaq ki, döyüşəcəklər, bəs Ermənistana nə vaxt gələ biləcəklər?

 Azərbaycan Ordusu ordumuzun üçdə birinin cəmləşdiyi Ararat, Kotayk, Armavirə 10 dəqiqəyə girəcək və cəmi iki saata İrəvana daxil olacaq”, - bildirib.
скачать dle 12.1