Bia.Az

Fransa Qarabağ separatçılarını döyüşə hazırlayır - Sensasion fakt

Gündəm
 27-11-2023, 12:32     313

Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi bloger Anastasiya Kaşevarova Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, “Fontevrault L'Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur:

“Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır”.

Bəzi təlim mərkəzlərindən foto və video sübutun da olduğu iddia olunur:

“Xüsusilə, Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də “artsax”dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar xüsusi hərbi əməliyyat zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı “təcrübə mübadiləsi” müzakirə olunub”.

Qeyd edək ki, “Zerqulio” Teleqram kanalı da mənbələrinə istinadən Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdiklərini bildirir.

Xatırladaq ki, Ermənistan KTMT-nin üzvüdür.скачать dle 12.1