Bia.Az

“Vətənpərvər gənclərimiz yürüşə çıxanlar qədər deyil, onların sayı həddən artıq çoxdur”

Gündəm
 17-07-2020, 12:13     230

İyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə Bakıda geniş şəkildə yürüş keçirildi. Bu yürüşə tanınmışlar da qoşuldu. Mətbuatda, sosial mediada insanların həmrəylik nümayiş etdirməsi çox yüksək dəyərləndirildi. Lakin çox təəssüflər olsun ki, yürüşün sonu bir qism insanların təxribatı ilə yekunlaşdı.

Məsələ ilə bağlı xalq artisti Rasim Balayevin də rəyini öyrənməyə çalışdıq. “Yeni Müsavat”a danışan aktyor hadisələri izlədiyini dedi: “Çox şükür ki, insanlarda vətənə, Qarabağa məhəbətt hissi güclüdür və bu çox gözəldir. Amma bunun da bir yönü var. Gedib hansısa dövlət binasına girib oranı dağıtmaqla, özbaşına hərəkət etməklə heç nəyə nail olmaq mümkün deyil. Doğrudur, insanların hamısı eyni deyil, onların arasında gerizəkalılar da var. Hətta eşitmişəm ki, həmin yürüşdə bir nəfər özünü doğramaq istəyirmiş. Əgər belə bir gücə maliksənsə, get onu müharibəyə sərf elə, ya öldür, ya öl. Yəni məsələyə bu fikirlə yanaşmaq lazımdır”.

Rasim Balayev yaşanan xaosdan təəssüfləndiyini bildirdi: “Bu xaosun olması mənə çox pis təsir edir. Birincisi xəstəlik baş alıb gedir. İnsanlara həmişə deyirlər ki, məsafə saxlayın, maska taxın. Amma buna riayət edən olmadı. İkincisi də özündə güc hiss edən, döyüşməyə getmək istəyən gənc, vətənpərvər övladlarımız getsinlər yazılsınlar, əmr veriləndə döyüşə getsinlər. Mənim elə yaşımdır ki, xəstəyəm, sağlamlıq problemlərim var. Əgər belə olmasaydı, mən də onlara qoşulardım”.

Rasim Balayev gənclərdəki vətənpərvərlik hisslərini yüksək dəyərləndirdiyini dedi: “Mən çox sevindim ki, indiki şəraitdə gənclərimiz bu cür vətənpərvərlik nümayiş etdirirlər. Hətta mən elə bilirdim ki, gənclərimiz ruhən ölüb, ruhdan düşüblər, bütün günü ucuz, mənasız mahnılar, verilişlər, sosial şəbəkələrilə günlərini keçirir, başlarını qatırlar. Amma gördük ki, gənclərimizdə hələ də vətənə, torpağa bağlılıq var. Bir sözlə, çox gözəl gəncliyimiz var. Düşünürəm ki, vətənpərvər gənclərimiz yürüşə çıxanlar qədər deyil, onların sayı həddən artıq çoxdur. 30 ildə əgər insanlarda ruh düşkünlüyü olmayıbsa, torpaqlarını itirməyə barışmayıblarsa, bu böyük bir cəhətdir. Yayılan videolardan gördüm ki, insanlar artıq dözmədiklərini deyirlər. Bəli, 30 ildir ki, insanlar torpaqlarının itirilməsinə dözə bilmirlər.

Bəlkə də dövlət rəsmiləri bunu açıq-aşkar şəkildə deyə bilmir. Amma bütün bunları idarə edən, aranı qızışdıran qüvvələr, dövlətlər var. Əlbəttə ki, ermənlər “dobro” almasa, bizə bir dənə də top atmaz. Millətləri düşmən edib, bundan bəhrələnənlər var. Əgər siyasi qüvvələr qarşımızı kəsməsələr və bizə imkan verilsə, 2 günə Qarabağı geri ala bilərik. Bəzən hansısa millətlər bizi qınayır ki, “o ermənilər nədir ki, onların əlində qalmısız”. Mən də cavabında deyirəm ki, “sizin görüm erməni kimi qonşunuz olsun”. Onların alimləri yalanlar uydurub, onları bədbəxt edib, deyiblər ki, guya nə vaxtsa Ermənistan dövləti olub. Halbuki zamanında İrəvan bizim olub. Çox az sayda erməni qapılarda nökər işləyib. Lakin sonra gəlib İrəvana yiyələnib, üzərində dövlət yaradıblar. Allaha and olsun, ermənilər Rusiyadan qorxur, yoxsa onların da torpağına göz dikər. Onların heç vaxt yeri-yurdu olmayıb. Həmişə hansısa xalqların tərkibində yaşayıblar. Məsələn, Soçiyə gedirsən, görürsən ki, hamısı Ermənistandan qaçıb gəlmiş ermənilərdir. Ümumiyyətlə, ermənilərin çoxu Ermənistanda yaşamaq istəmir. Kənardan, o cümlədən Amerikadan, Fransadan külli miqdarda pullar göndərirlər, amma gedib Ermənistanda yaşamırlar. Hazırda da Qarabağda pis vəziyyətdə yaşayan, bilet alıb, başqa yerə gedə bilməyən ermənilər qalıb. Yəni lap əvvəldən qaraçı kimi köçəri vəziyyətdə yaşayıblar. Onlar iblisvari bir xilqətdir ki, zamanında gətirib salıblar bizim qonşuluğumuza. Görün necə mundar, sırtıq milətdir ki, indi də deyirlər ki, Adəmlə Eva guya erməni olub".

Xalq artisti artıq ermənilərlə sülhlə deyil, müharibə ilə danışmağın vaxtının gəlib çatdığını deyib: “Artıq 30 ildir ki, gözləyirik. Bu 30 il onu göstərdi ki, danışıqlarla heç nə əldə etmək olmur. Prezident də artıq elan etdi ki, danışıqlar daha kəsilməlidir. Danışıqla mümkün deyil. Donuzu şumluqdan ancaq vurub çıxartmaq olur, eləcə də erməniləri.

Mənim də çağırışım odur ki, ay millət, bir qədər şüurlu hərəkət edək. Zamanında da şüursuzluq, pərakəndəlik, müəyyən adamların səhvi nəticəsində torpaqlarımızı verdik. Əgər əvvəldən toparlansaydıq, bəlkə də belə olmazdı.

Xatırlayıram ki, 1987-ci il dekbarın 31-də gündüz saatlarında dostlarımızla birgə yığışıb, Yeni ili qeyd edirdik. Onda bir “KQB” işçisi olan dostumuz dedi ki, “qarşıda dəhşətli proseslər gözlənilir”. Dedim ki, “bəs siz niyə dayanmısız?” Cavabında dedi ki, “bu iş Moskvanın işidir, prosesi hazırlayırlar”. Deməyim odur ki, biz zamanında buna hazırlanmadıq.

1989-cu ildə Şuşada seçki var idi, mən də ora getmişdim. Onda şuşalılar dedi ki, “Rasim müəllim, Allaha and olsun ki, erməniləri lapatka ilə qovarıq, onlar bizi görəndə həmişə qorxurlar”. Amma sonra satqınlıq, pərakəndəlik, məsuliyyətsizlik işi bu nəticəyə çıxartdı. Biz o qədər də əhəmiyyət vermirdik ki, ermənilər kimdirlər, onlar bizə heç nə edə bilməzlər və sairə. Amma sən demə, yavaş-yavaş işlərini görürlərmiş. Dediyim odur ki, bizim gücümüz də, topumuz, tüfəngimiz də var. İqtisadiyyatımız da onlardan yüz dəfələrlə yaxşıdır. Sadəcə, ağılla, siyasətlə hərəkət etmək lazımdır".


BİA.azскачать dle 12.1