Bia.Az

Bu, o deməkdir ki, Azərbaycana hücum edəcəyik - Ağazaryan

Gündəm
 25-11-2023, 17:41     289

Ermənistanda “Qarabağın dövlət orqanları”nın (özünü buraxan keçmiş qanunsuz separatçı qurum nəzərdə tutulur – red.) fəaliyyət göstərməsinin əleyhinəyəm.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan 24TV-yə açıqlamasında deyib.

O bildirib ki, bu addım qonşularımızla münasibətlərin tənzimlənməsi prosesinə ziddir:

“Başqa sözlə, sülh gündəmini təbliğ etdiyimizi deyəndə istəklərimizdə səmimi olmadığımızı göstərmiş olarıq. Sülh gündəmini irəli sürürsən, həm də artsaxın “milli məclisi”ni və “hökuməti”ni qoruyub saxlayırsan ki, sabah, ertəsi gün Azərbaycana hücum edib, erməni və Azərbaycan xalqlarının dostluğuna zərbə vurasan? Bu, sülh deyil”.скачать dle 12.1