Bia.Az

Bakıdan sərt qərar: AB ilə bu layihələri dayandırdı

Gündəm
 21-11-2023, 01:22     395

Azərbaycan AB ilə bir sıra “Twinning” layihələri dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Trend diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bu qərar bəzi AB ölkələrinin ermənipərəst və antiazərbaycan mövqeyi ilə bağlı verilib. O cümlədən, rəsmi Bakı Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb.

Azərbaycanın bu qərarı İsveç və Yunanıstanla miqrasiya sahəsində həyata keçirilən layihələrə də təsir edib.

Polşa və Finlandiya ilə layihələr bu ölkələrin balanslı mövqeyinə görə istisna edilib.скачать dle 12.1