Bia.Az

ABŞ-ın İsrail və Azərbaycanla bağlı planı – “Növbəti zərbə bu istiqamətdə olacaq”

Gündəm
 10-11-2023, 19:52     456

ABŞ Mərkəzi Asiyaya keçidini asanlaşdırmaq üçün Azərbaycan və Türkiyənin Cənubi Qafqazda daha güclü olmasını istəyir.

Teleqraf.com xəbər verir ki, bunu livanlı politoloq Camal Vakim deyib.

Ekspert Qarabağla Qəzza arasında “paralellik” gördüyünü iddia edir. Onun sözlərinə görə, ABŞ öz məqsədləri üçün Yaxın Şərqdə İsrailin, Cənubi Qafqazda isə Azərbaycanın güclü olmasını istəyir.

“Qəzzada və Qarabağda baş verənlər ABŞ-ın regional geosiyasi xəritəni dəyişmək siyasətinin nəticəsidir. Hesab edirəm ki, ABŞ İsraili Yaxın Şərqin ən güclü ölkəsinə çevirməklə buna cəhd göstərir. Cənubi Qafqazda isə Türkiyə və Azərbaycandan Orta Asiyaya körpü kimi istifadə etmək istəyir. Qarabağda baş verənlərin səbəbi də bununla bağlıdır. Çünki bu məsələ Azərbaycanla Türkiyə arasında maneə idi. Növbəti zərbə Ermənistan istiqamətində olacaq”, - Vakim bildirib.
скачать dle 12.1