Bia.Az

Qobustanda Əlikram Cavadovun yol "biznesi" - O, Saleh Məmmədovun arxasınca danışmaqdan belə cəkinmir

Gündəm / Bölgə
 13-07-2020, 08:46     921

Yol İstismar İdarəsinin müdiri rayonun yollarının durumuna görə birbaşa məsuliyyət daşıyır

Saleh Məmmədovun arxasınca danışmaqdan yorulmayan bu şəxsi icra başçısı Adil Məmmədovu müdafiə edir?


Məlum olduğu kimi, son illər ölkəmizdə yol infrastrukturunun yenilənməsinə, körpü və tunellərin çəkilməsinə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, həm Bakıda, həm də rayonlarımızda istismar müddətini başa vurmuş yollar təmir edilərək vətəndaşların istifadəsinə verilib. Amma bu sahədə də nöqsanlar az deyil. Belə ki, «Azəravtoyol» ASC-yə tabe olan bəzi yerli idarələrdə yeyinti hallarına yol verilir, məhz bu səbəbdən yolların təmiri məsələsi yubanır. Qobustan rayon 8 saylı Yol İstismar İdarəsində baş alıb gedən özbaşınalıqlar və idarənin rəisi Əlikram Cavadovun fəaliyyətindəki qanun pozuntuları ilə bağlı tükürpədən məlumatlar daxil olub.

BİA.az-a verilən məlumatlarda bildirilir ki, bu idarənin balansında olan yolların vəziyyəti heç də ürəkaçan deyil: «Qobustanın magistral, eləcə də əksər kənd yolları sözügedən idarənin balansındadır. Həmin yolların böyük hissəsi istismar müddətini çoxdan başa vurub. Rayon mərkəzinə yaxın, eyni zamanda ucqar kəndlərin yolları darmadağın olub. Bu yolların böyük hissəsi Sovet dövründə çəkilib. Əlikram Cavadov yolların vəziyyətinə biganə münasibət göstərir. Rayonun yollarının təmirinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara sərf edildiyi bilinmir». Məlumatlı mənbənin sözlərinə görə, Qobustan Yol İstismar İdarəsinin balansında olan texnikaların çoxu yararsız, zay vəziyyətdədir: «İdarə müdiri il ərzində bir neçə dəfə avtomobillərin ehtiyat hissələrinin dəyişdirilməsi adı altında dövlət büdcəsindən maliyyə vəsaiti alır. Buna baxmayaraq, heç bir texnikanın təmiri işləri aparılmır. Əlikram Cavadov təmir adlı altında büdcə vəsaitlərini şəxsi məqsədlərinə qurban verir. Deyilənə görə, bu işləri həyata keçirməsində Qobustanın icra başcısı da ona yaxından köməklik göstərir».

Şikayətcilər yazıblar: «Yol bizim ən qlobal problemlərimizdən biridir. Ona görə ki, biz qış vaxtı bu yoldan istifadə edə bilmirik, hətta uzunboğaz çəkmə belə işimizə yararlı deyil, bu kənddə o qədər palçıq var. Bizə söz veriblər, amma sözə əməl edən olmayıb». Amma sakinlərin şikayətini bu vaxta kimi araşdıran tapılmayıb. Elə bu cəzasızlığın nəticəsidir ki, Əlikram Cavadov öz bildiklərini edir və ara-sıra ASC sədri Saleh Məmmədovun arxasınca danışır.

Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfi də dinləyə bilərik.


BİA.azскачать dle 12.1