Bia.Az

“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyir

Gündəm
 28-02-2020, 12:59     352

“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyirAylton Silva "Qarabağ"dan ayrıla bilər.

bia.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Nəşr "Ştutqart"ın icarəyə verdiyi 7 futbolçunun son durumu barədə araşdırma aparıb. Həmkarlarımız hesab edir ki, "Ştutqart"a qayıtmayacaq Ayltonun "Qarabağ"da qalmaq ehtimalı da azdı. Belə ki, II Bundesliqa klubu onun üçün 1,5 milyon avro (2,8 milyon avro) tələb edir. "Qarabağ"ın isə bu məbləği ödəmək gücündə olmadığı deyilir. Bu səbəbdən braziliyalı müdafiəçinin gələcəyi sual altındadı.

Qeyd edək ki, Silva cari mövsümdə "Qarabağ"ın heyətində keçirdiyi 26 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.скачать dle 12.1