Bia.Az

XƏBƏR XƏTTİ

Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Ekspert: "Hazırkı vəziyyət neft bazarlarının gələcəyi üçün ümidvericidir"

21-05-2020, 10:45
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

“BİZİ TƏHDİD EDİRLƏR, KÖMƏK EDİN!...” - Eldar Mahmudovdan Prezidentə ŞOK şikayət

20-05-2020, 14:03
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Vətənə ləyaqət nümunəsi sayılacaq MƏMUR - 3 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin rəisi Anar Süleymanov...

20-05-2020, 11:18
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

SON DƏQİQƏ! Əhaliyə koronavirusla bağlı BƏD XƏBƏR: Müalicə üçün yer tapılmayacaq - VİDEO

17-05-2020, 17:25
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

"KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Postların ləğvi nəzərdə tutulmur"

15-05-2020, 19:16
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Zərdablılar DTX-ya ümid yeri kimi baxırlar - "Cənab prezident bizlərə də kömək edin"

15-05-2020, 19:10
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

YENƏ YANĞIN VƏ YENƏ FHN “GÜNAHSIZ”DIR... - Biznesi yanan da sahibkardır, günahkar çıxarılan da

13-05-2020, 10:38
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

KARANTİNDƏ MİLYONLARI NECƏ TALAYIBLAR? - Nazirlikdəki korrupsiya ilə bağlı sensasiyalı faktlar

13-05-2020, 10:34
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir

12-05-2020, 21:05
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

DTX MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ KEÇİRDİYİ ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO

12-05-2020, 19:26
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Bu özəl Klinika dövlətin karantin dövründə ayırdığı pulu xərcləyib işçilərə pul vermir-VERGİLƏR Nazirliyinin diqqətinə

9-05-2020, 01:27
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Əsassız iddia TƏKZİB OLUNDU

8-05-2020, 16:16
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Ermənistan parlamentindəəlbəyaxa dava - Deputatlar bir-birini baş kəsməklə hədələyib

8-05-2020, 16:03
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Abdin Fərzəliyev və Şahmar İbadovun ANA KOORRUPSİYASI - Nərimanovda qazilərin, əlillərin, şəhid ailələrinin dərdi var - Videolar

8-05-2020, 14:12
Bu nazir müavini də işdən azad edildi - SƏRƏNCAM

Vilyam Hacıyev 500 hektar torpağı Asfalt Zavodunun direktoruna necə satdı? - VİDEO+FOTO

8-05-2020, 13:53

Layihələr

Abdin Fərzəliyev və Şahmar İbadovun ANA KOORRUPSİYASI - Nərimanovda qazilərin, əlillərin, şəhid ailələrinin dərdi var - Videolar

Abdin Fərzəliyev və Şahmar İbadovun ANA KOORRUPSİYASI - Nərimanovda qazilərin, əlillərin, şəhid ailələrinin dərdi var - Videolar


Azərbaycan məmurları bir-birinin aqibətindən, “gözü çıxmış qardaş”dan dərs götürə bilmirlər. Bu, psixoloji hiss və nüansdır.

Bu hissi özlərinə yaxın buraxmırlar. İnana bilmirlər ki, hansısa günəşli bir gündə, ya da yağışlı bir havada çağırılmayan, dəvətsiz qonaq olan “qara maskalı” oğlan qapısını döyməmiş içəri daxil ola, əllərini qandallaya, kabinetindəki bütün çirkin, qaranlıq işlərini ifşa edə bilər.

Bu arxayınlıqdır ki, Ağstafadan Neftçalaya, Yevlaxdan Biləsuvar, İmişli rayonuna qədər həbslərə, bir neçə rayonda icra nümayəndələrinə cinayət işi açılmasına baxmayaraq, hələ də bir sıra məmurlar növbənin onlara çatacağını gözləmirlər.

İxa.az -ın media üzərindən araşdırmalarına, sosial şəbəkələrdə yazılanlara görə, belə qurumlardan biri olan Nərimanov Rayon İcra Hakimiyyətində də uzun zamandır min cür oyunlar gedir. Bu oyunların bəziləri məhkəmə çəkişmələrində, bəziləri altdan-altdan aparılır.

Nərimanov RİH-nin adı gözdən əlillərə çatacaq mənzil korrupsiyasından tutmuş Qarabağ əlillərinin obyektlərinin sökülməsinə qədər, rəhbərliyinin isə adı milyonluq biznesdən ölüm işinədək hallanıb.

Hətta son dövrlər pandemiya ilə əlaqədar kimsəsiz, imkansız ailələrə verilən yardımların paylanılmasında mənimsəmələrə yol verildiyi iddiaları səslənir.

Sosial şəbəkələrdə bildirilir ki, Nərimanov RİH tərəfindən kasıb ailələrə verilən yardımın məbləği 10 manat dəyərində olub. İH isə bəh-bəhlə öz əməlini gözə soxaraq guya yüzlərlə ailəyə köməklik göstərib.

Halbuki, hər ailəyə 10 manatdan yardım etməklə uzaqbaşı 300-500 manat vəsait xərclənib. Nəzərə alsaq ki, yardımları qohumlarına paylayan, mənimsəyən bir neçə rayonun icra nümayəndələri barəsində cinayət işi açılıb, mənimsəmələrə yol verən icra baçıları həbs olunub, o halda Nərimanov İH-lə bağlı sosial şəbəkələrdəki iddiaların da yoxlanılmasına, təftişinə zərurət yaranır.

Hər bir yerli sakinindən soruşduqda onlar deyirlər ki, bütün bu işlərin başından icra başçısı Abdin Fərzəliyevin I müavini Şahmar İbadov durur.

Kifayət qədər neqativ reputasiyaya malik, adı internet axtarış sistemində vurulanda yalnız qalmaqallı hadisələr, oğlunun avtoxuliqanlıq edərək insan ölümünə səbəb olması, gözdən əlillərin mənzil fırıldağı ilə üzləşməsi kimi xəbərlərlə çıxan Ş.İbadov özünü rayonun ikinci ağası sayır.

Hətta sonuncu məsələ - gözdən əlillərə aid mənzil korrupsiyası ilə bağlı gedən məhkəmə çəkişməsində mühakimə olunan məmurlar açıq şəkildə Ş.İbadovu ittiham ediblər.

Məhkəmədə verdiyi ifadəsində Ş.İbadov onun bu qanunsuzluqlara cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı A.Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söyləyib.

Buyurun, artıq Şahmar İbadov - ən qalmaqallı məmurlardan biri, adı biznesdə, torpaq satışında, otellərə, villalara yiyələnməsində, oğlunun avtoqəzada adam öldürməsini ört-basdır etməkdə hallanmış başçı müavini məhkəmədə ifadə verib.

Və verdiyi ifadə ilə karyerasını bitirib. Üstəlik, ittiham olunan tərəf - Nərimanov RİH-nin sabiq şöbə müdiri Niyaməddin Şıxəliyev məhkəmədə ifadəsini təsdiqləyib.

O, Ş.İbadovun təzyiqi altında qanunsuz işlərə girişdiyini, gözdən əlillər üçün tikilən mənzilləri sağlam vətəndaşlara satdığını etiraf edib.

Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb.

Media üzərindən araşdırmalardan məlum olur ki, icra başçısı müavinin arxasından çəkilərsə, özü gözdən əlillərlə bağlı 12 milyonluq mənzil korrupsiyasına görə məsuliyyətə cəlb edilə bilər, oğlunun törətdiyi qəza ilə əlaqədar isə iş yenidən istintaqa qaytarıla bilər. İbadova köməklik edən prokuror dostları da onu qurtara bilməz. Çünki indi Baş Prokuror Kamran Əliyevdir. Koorrupsiyanın tüğyan elədiyi vaxtda prezidentin onu bu vəzifəyə təyin etməsi çox papaqlar boş qalmasına işarədir.

Cəmiyyət bilir ki, Ş.İbadov oğlu Elmarın bəraət alması üçün Sumqayıt apelyasiya məhkəməsinin hakimi ilə sövdələşib, babat xərci çıxıb. Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron Rayon Məhkəməsinin hökmünü ayaqlar altına alaraq, femidanı zorlayaraq, tapdalayaraq, bir sözlə, hüquq sisteminə tüpürərək hansısa maraqlar qarşılığında Nərimanov rayon icra başçının mavini Şahmar İbadovun avtoqəzada insan ölümünə səbəb olan oğlu Elmar İbadova bəraət verib. Tarixdə misli görünməmiş hüquq pozuntusudur.

Göründüyü kimi, İbadov Şahmar barəsində bir müsbət xəbərə rast gəlmək olmur. Bütün bu məlumatlar özümüzün uydurması deyil, mediada dərc edilmiş faktlardır və bu gün də başçı müavininə ittihamlar səngimir.

Belə ki, Səlimovlar ailəsi mətbuat konfransı zamanı Şahmar İbadovla bağlı insanı dəhşətə gətirəcək faktları açıqlayıblar.

Əlil vətəndaşın sözlərinə görə Şahmar İbadov təsiri altında olan qoçular vasitəsi ilə bu ailəni oğurlatmaqla onlara təzyiqlər etdirib.

Ağır xəstə sayılan əlillər ölümlə hədələnib. İbadov onları dəfələrlə təqib etdirib susmasını tələb edib.

İbadovun vətəndaşlara qarşı vəzifə səlahiyyətlərini aşmaqla etdiyi bu hərəkətlər hakimiyyətin daxili siyasətinə əksdir.

Bundan əlavə, rəsmi qeydiyyatda olan və yaşayan Rzayev Zal Nəbi oğlu bildirir ki, onun həyətində iki ev mövcuddur və əlində dövlət qurumunun rəsmi çıxarışı olmasına baxmayaraq, Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev evlərdən birini görməzdən gəlir:

“İcra başçısına bir neçə dəfə məsələ ilə bağlı şikayət etsəm də, heç bir nəticəsi olmayıb. Ərazidə birinci müavin Şahmar İbadovun dəllalları kimi tanınan bəzi şəxslər isə bir neçə dəfə mənə deyiblər ki, məsələnin ən yaxşı çözümü icra hakimiyyəti ilə anlaşmaqdır.

Yəni, Nərimanov Rayon İcra Hakimiyyəti ilə onlar istədiyi kimi anlaşa bilməsəm, dövlətdən sökülən evimin pulunu belə almaya bilərəm”.

Şikayətçi bildirir ki, hər gün Nərimanov Rayon İcra Hakimiyyətinin işçiləri və Abdin Fərzəliyevin müavini Şahmar İbadovun dəllalları qapımıza gələrək, bizə müxtəlif yollarla hədə-qorxu gəlirlər.

Bax belə, hər şey göz qabağındadır, Nərimanov İH rəhbərliyinin fəaliyyəti prezidentin hazırkı fəaliyyətinə tamamilə ziddir..












[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
Template not found: /templates/theme/modules/rightside_fullstory.tpl
Добавить комментарий

Оставить комментарий

    • winkwinkedsmileam
      belayfeelfellowlaughing
      lollovenorecourse
      requestsadtonguewassat
      cryingwhatbullyangry
Kodu Güncelle